DÜNYA
2 dəqiqə oxuma
Françeska Albanese Qəzza ilə bağlı narahatlıqlarını Fransa parlamentində dilə gətirib
O, noyabrın 17-də parlamentdə çıxışı zamanı hüquqa dair baxışının zamanla necə dəyişdiyi barədə danışıb
Françeska Albanese Qəzza ilə bağlı narahatlıqlarını Fransa parlamentində dilə gətirib
Françeska Albanese Qəzza ilə bağlı narahatlıqlarını Fransa parlamentində dilə gətirib / Reuters

 

BMT-nin işğal olunmuş Fələstin əraziləri üzrə xüsusi məruzəçisi Françeska Albanese Fələstindəki vəziyyəti müzakirə etmək üçün Fransa parlamentində qanunvericilərlə görüşüb. O, noyabrın 17-də parlamentdə çıxışı zamanı hüquqa dair baxışının zamanla necə dəyişdiyi barədə danışıb.

“Otuz il əvvəl hüququ müəyyənlik və sabitlik kimi görürdüm. Lakin illər keçdikcə və bu sahədə çalışdıqca anladım ki, hüquq həm həqiqətə və ədalətə xidmət edir, həm də başqalarının azadlığına təsir göstərə bilən seçimləri ehtiva edir”, – deyə F.Albanese bildirib.

O, qərəzsizliyin vacibliyini vurğulayaraq bunun laqeydlik deyil, şəxsi meyllərdən uzaq şəkildə sübutları araşdırmaq metodu olduğunu qeyd edib: “Qərəzsizlik bizə fikirlərimizin təsiri altına düşmədən faktlara baxmağa imkan verir”,-Françeska Albanese vurğulayıb.

Xüsusi məruzəçi həmçinin beynəlxalq hüquq, Avropadakı siyasi mühit və Fələstinlə bağlı hazırladığı hesabatları dərc etdikdən sonra qarşılaşdığı şəxsi nəticələr barədə də danışıb.

Solçu La France Insoumise (LFI) partiyasının üzvləri ilə görüşdə müzakirələr əsasən Fransa daxilində beynəlxalq hüquqla bağlı davam edən gərginliklər, Avropanın siyasi mövqeyi və İsrailin Qəzzada apardığı müharibə fonunda Fələstindəki vəziyyət ətrafında gedib.

Albanese Avropanın siyasi və media mühitinin bəzi hissələrini tənqid edərək onların “İsrail dövləti tərəfindən müəyyən edilən strateji xətlərdən” güclü şəkildə təsirləndiyini bildirib.

O, həmçinin bəzi İtaliya parlament üzvlərinin İsrail hərbi sənayesi ilə əlaqəli təşkilatların xətti ilə İsrailə səfər etməsini “normal olmayan” hal kimi qiymətləndirib.

Albanese Qəzzadakı vəziyyət barədə ictimaiyyətə məlumat verdikdən sonra üzləşdiyi şəxsi nəticələrdən də söz açıb: “Mənim və ailəmin həyatı burada əsas məsələ deyil. Əsas məsələ soyqırımı və davam edən işğalı dayandırmaqdır. Bunu edə bilərik və etməliyik. Qanun bunu tələb edir”.

İyul ayında ABŞ tərəfindən tətbiq edilən sanksiyaların maaş almasına mane olduğunu bildirən BMT rəsmisi deyib: “Bu sanksiyalara ABŞ-a səyahət qadağası və İran rəhbərliyi və ya Rusiya Prezidenti Putin üçün tətbiq olunanlara bənzər maliyyə məhdudiyyətləri daxildir”.

O, sanksiyaların ailəsinə təsiri barədə də danışaraq bildirib ki, Vaşinqtonda anadan olan qızı və ABŞ-da çalışan həyat yoldaşı ölkəyə səfər edəcəkləri təqdirdə həbs edilmә riski ilə üzləşə bilərlər. “Həyat yoldaşım sanksiya altında olan birinə maddi dəstək göstərdiyinə görə 1 milyon dollara qədər cərimə oluna bilər”, – deyə o qeyd edib.

Ailә üzvlәrinә Vaşinqtondakı mənzillərinə səfər etməyə də icazə verilmədiyini bildirən xüsusi məruzəçi deyib: “Hətta 12 yaşlı qızım belə bütün bunlardan təsirlənir. Söhbət təkcə mənim aktivlərim üzrə əməliyyatların bloklanmasından və ya hesabımın dondurulmasından getmir. Heç bir yerdə bank hesabı aça bilmirəm və yüzlərlə peşəkar əlaqəm zərər görüb”.

 

Araşdırma
Rusiya Ukraynaya ballistik raketlərlə hücum təşkil edib
Pakistan Baş naziri Şahbaz Şərif Çinə səfər edib
Luqanskda kollec və yataqxanaya təşkil edilən hücumda 4 nəfər ölüb, 35 nəfər yaralanıb
İsrail Suriyanın cənubunda, Dəra yaxınlığındakı əkin sahələrini bombalayıb
Beynəlxalq QHT-lər: Qəzzada humanitar vəziyyət fəlakətli olaraq qalır
Bir gündə 274 alpinistin Everestin zirvəsinə qalxması ilə yeni dünya rekorduna imza atılıb
İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində həlak olanların sayı 72 mini keçib
Daimi nümayəndə qlobal böhranlarda humanitar hüququn ardıcıl tətbiqinin zəruri olduğunu deyib
Suriyanın paytaxtı Dəməşqdə partlayış baş verib
Konqoda “Ebola” virusundan ölənlərin sayı 131-ə yüksəlib
Səudiyyə Ərəbistanı İraqdan hava məkanına daxil olan üç PUA-nı zərərsizləşdirdiyini açıqlayıb
ABŞ-də aviaşouda iki qırıcı təyyarə havada toqquşub
İsrail Qəzzada ərzaq paylama məntəqəsini bombalayıb
İsrail İrana hücum etmək üçün İraqda iki gizli hərbi baza qurub
Böyük Britaniya Yaxın Şərqdə yeni PUA əleyhinə müdafiə sistemi yerləşdirib
İsrail ordusu Qəzzada daha iki fələstinlini öldürüb
Tailandda yük qatarı ilə avtobus toqquşub, ölən və yaralananlar var
Sülh ümidləri azalarkən Rusiya Kiyevi raket və pilotsuz uçuş aparatları ilə bombaladı
Hindistanın şimalında güclü fırtına 89 nəfərin ölümünə səbəb olub
Ukrayna rəsmiləri: Paytaxt Kiyev Rusiya qüvvələrinin intensiv hücumu altındadır