DÜNYA
1 dəqiqə oxuma
ABŞ və İsrailin İrana hücumları nəticəsində 6 uşaq həyatını itirib
İranın təcili yardım xidmətləri Tehranın hədəf alınması nəticəsində həlak olanlar arasında altı uşağın olduğunu bildirib
ABŞ və İsrailin İrana hücumları nəticəsində 6 uşaq həyatını itirib
ABŞ və İsrailin İrana hücumları nəticəsində 6 uşaq həyatını itirib / AP

İranın təcili yardım xidmətləri Tehranın hədəf alınması nəticəsində həlak olanlar arasında altı uşağın olduğunu bildirib. Yerli medianın məlumatına görə, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi birgə hava hücumları nəticəsində ölkə ərazisində azı 25 nəfər həyatını itirib.

"Mehr" xəbər agentliyi paytaxtın şərq hissəsinə endirilən zərbələr nəticəsində üç binanın tamamilə dağıldığını, 50-yə yaxın evə isə ciddi ziyan dəydiyini bildirib.

Baharistan qubernatoru qeyd edib ki, Qaleh Mir şəhərində iki yaşayış məntəqəsinin bombalanması ciddi insan tələfatına səbəb olub. Hücumlar zamanı paytaxtdakı Şərif Texnologiya Universitetinin də hədəf alındığı bildirilib.

İran buna cavab olaraq İsrailin Hayfa şəhərinə ağır zərbələr endirib. İsrail polisi hücumlardan sonra Karmel bölgəsinə bomba zərərsizləşdirmə mütəxəssislərinin cəlb olunduğunu açıqlayıb. Raket zərbələri nəticəsində bir neçə bina və nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. "Kanal 12"nin məlumatına görə, xilasetmə qrupları Hayfada vurulan binalardan birinin dağıntıları altından iki nəfərin cəsədini çıxarıblar.

Araşdırma
Çin və ABŞ Rusiya ilə danışıqlarda nüvə tərksilahı məsələsini gündəmə gətirəcək
İran: Hörmüz boğazında 2 supertankerdə partlayışdan sonra yanğın baş verib
Pezeşkian: "ABŞ və İsrailin İrana qarşı hücumları 1,5 milyon ton CO2 emissiyasına səbəb olub"
İran BMT və BAEA-nı ABŞ-nin nüvə proqramı ilə bağlı 20 milyon dollarlıq təklifini pisləməyə çağırıb
BMT Baş katibi Antonio Quterreş COP31-də ölkələri "İqlim Ədaləti Sazişi"ni qəbul etməyə çağırıb
Ukrayna-Rusiya müharibəsinə son qoymaq üçün keçirilən üçtərəfli danışıqların ikinci günü başladı
"TRT-nin 18-ci Beynəlxalq Sənədli Film Mükafatları" üçün müraciətlərin qəbuluna başlanılıb
Avropa İttifaqı Şurası ilə Avropa Parlamenti İttifaqın 2027-ci il büdcəsi üzrə razılığa gəlib
Portuqaliya XİN Mark Ruttenin açıqlamasına reaksiya göstərib
İsraildəki Birgə Ərəb Siyahısı: Netanyahu tam histeriya içindədir, bəyanatları dəlilik, irqçilikdir
Prezident Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb
200-dən çox ölkənin nümayəndəsi Antalyada keçirilən COP31 sammitində bir araya gəlir
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında elektrik layihələrində əməkdaşlıq
BMT-nin Baş katibi Quterreş Türkiyəni COP31 sammiti təşkilatçılığına görə tərifləyib
Danimarka Ukraynaya hərbi və enerji sahələrində 750 milyon dollara yaxın dəstək göndərəcək