DÜNYA
1 dəqiqə oxuma
Əfqanıstan:"Pakistanın endirdiyi zərbələr nəticəsində ən azı 13 nəfər həyatını itirdi"
Əfqanıstan və Pakistan arasında bu il yüzlərlə insanın həyatına son qoyan hərbi gərginlik yenidən yüksək həddə çatıb.
Əfqanıstan:"Pakistanın endirdiyi zərbələr nəticəsində ən azı 13 nəfər həyatını itirdi"
Əfqanıstan:"Pakistanın endirdiyi zərbələr nəticəsində ən azı 13 nəfər həyatını itirdi" / Reuters

Əfqanıstan və Pakistan arasında bu il yüzlərlə insanın həyatına son qoyan hərbi gərginlik yenidən yüksək həddə çatıb. Taliban hökumətinin sözçüsü Zəbihullah Mücahid Pakistan ordusunun Əfqanıstanın üç fərqli bölgəsinə təşkil etdiyi hava hücumları nəticəsində 11-i uşaq olmaqla ən azı 13 nəfərin həlak olduğunu açıqlayıb. Sözçü Kunar, Xost və Paktika vilayətlərində baş verən bombardmanlarda daha 14 nəfərin yaralandığını qeyd edib.

Pakistanın rəsmi qurumları və ordusu məsələ ilə bağlı hələlik heç bir rəsmi açıqlama verməsə də, ölkənin təhlükəsizlik rəsmiləri "Reuters" agentliyinə bildiriblər ki, hava zərbələri Pakistana qarşı fəaliyyət göstərən silahlı qruplaşmaların sığınacaqlarını və hərbi obyektlərini hədəf alıb. İslamabad rəhbərliyi Kabili Pakistan ərazisində terror aktları planlaşdıran qruplara şərait yaratmaqda ittiham edir, Taliban hökuməti isə bu iddiaları qəti şəkildə rədd edir.

Qeyd edək ki, tərəflər arasında cari ilin fevral ayında son illərin ən şiddətli silahlı toqquşmaları qeydə alınmışdı. Son hücumlar regionda vəziyyəti yenidən gərginləşdirib.