DÜNYA
2 dəqiqə oxuma
Suriya Süveyda şəhərindəki edam edilmələrlə bağlı təcili araşdırma başladıb
Cənub vilayətində hərbi geyimli şəxslərin edam qərarlarını həyata keçirdiyi görüntülərin ortaya çıxmasından sonra...
Suriya Süveyda  şəhərindəki edam edilmələrlə bağlı təcili araşdırma başladıb
Suveyda edam edilmələr / Reuters

Cənub vilayətində hərbi geyimli şəxslərin edam qərarlarını həyata keçirdiyi görüntülərin ortaya çıxmasından sonra Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.

SANA dövlət xəbər agentliyinin iyulun 22-də yaydığı bəyanata görə, Suriya Müdafiə Nazirliyi ölkənin cənubundakı Süveyda əyalətində həyata keçirilən edamlara görə məsul şəxslərin müəyyən edilməsi üçün istintaq komitəsi yaradıldığını elan edib.

Bu bəyanat iyulun 22-də internetdə yayılan və ictimaiyyətin qəzəbinə səbəb olan hərbi geyimli naməlum şəxslərin şəhərdə edamlar icra etdiyini əks etdirən videogörüntülərdən sonra verilib.

Müdafiə Nazirliyi bildirib ki, Süveyda şəhərində hərbi geyimdə olan naməlum qrup tərəfindən törədilən və insanı şoka salan, ciddi pozuntular barədə xəbərlər nazir Mərhəf Əbu Qəsrənin göstərişi ilə Müdafiə Nazirliyi tərəfindən yaxından izlənilir.

Bəyanatda həmçinin “Bu pozuntulara görə məsuliyyət daşıyan şəxslərin mənsubiyyətini və mənşəyini araşdırmaq üçün” xüsusi komitənin yaradıldığı və “məsul şəxslər müəyyən edildikdən sonra ən ağır cəzaların veriləcəyi” bildirilib.

Nazir Mərhəf Əbu Qəsrə də "Bu pozuntuları törədənlərə, hətta Müdafiə Nazirliyinin üzvü olsalar da, heç bir şəkildə dözülməz" dediyi bildirilib.

Zorakılıq hadisələri

Suriya Daxili İşlər Nazirliyi iyulun 22-də səhər saatlarında insidentlə bağlı "dərhal" təhqiqata başlanıldığını qeyd edilib.

Suriya Prezident Aparatının əvvəlki bəyanatında vurğulanıb ki, məsuliyyət daşıyanlar “rütbələrindən asılı olmayaraq cavabdeh olmalıdırlar”.

Süveydada ilk toqquşmalar iyulun 13-də bədəvi ərəb qəbilələri ilə silahlı druz qrupları arasında baş verib və zorakılıq dalğası sonradan bütün şəhərinə yayılıb.

İsrail yaxın zamanda Dəməşq də daxil olmaqla Suriya ordusunun mövqelərini və infrastrukturunu hədəf alan hava hücumlarına başlayıb.

İsrail hücumlara əsas kimi druz icmalarının müdafiəsini göstərib. Bununla belə, Suriyadakı əksər druz liderləri açıq şəkildə xarici müdaxiləni rədd edib və vahid Suriya dövlətini dəstəklədiklərini bir daha bəyan ediblər.

Günlərlə davam edən qarşıdurmalardan sonra iyulun 22-də atəşkəs elan edilib.

Araşdırma
Çin və ABŞ Rusiya ilə danışıqlarda nüvə tərksilahı məsələsini gündəmə gətirəcək
İran: Hörmüz boğazında 2 supertankerdə partlayışdan sonra yanğın baş verib
Pezeşkian: "ABŞ və İsrailin İrana qarşı hücumları 1,5 milyon ton CO2 emissiyasına səbəb olub"
İran BMT və BAEA-nı ABŞ-nin nüvə proqramı ilə bağlı 20 milyon dollarlıq təklifini pisləməyə çağırıb
BMT Baş katibi Antonio Quterreş COP31-də ölkələri "İqlim Ədaləti Sazişi"ni qəbul etməyə çağırıb
Ukrayna-Rusiya müharibəsinə son qoymaq üçün keçirilən üçtərəfli danışıqların ikinci günü başladı
"TRT-nin 18-ci Beynəlxalq Sənədli Film Mükafatları" üçün müraciətlərin qəbuluna başlanılıb
Avropa İttifaqı Şurası ilə Avropa Parlamenti İttifaqın 2027-ci il büdcəsi üzrə razılığa gəlib
Portuqaliya XİN Mark Ruttenin açıqlamasına reaksiya göstərib
İsraildəki Birgə Ərəb Siyahısı: Netanyahu tam histeriya içindədir, bəyanatları dəlilik, irqçilikdir
Prezident Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb
200-dən çox ölkənin nümayəndəsi Antalyada keçirilən COP31 sammitində bir araya gəlir
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında elektrik layihələrində əməkdaşlıq
BMT-nin Baş katibi Quterreş Türkiyəni COP31 sammiti təşkilatçılığına görə tərifləyib
Danimarka Ukraynaya hərbi və enerji sahələrində 750 milyon dollara yaxın dəstək göndərəcək