ABŞ və Ukrayna "yenilənmiş və təkmilləşdirilmiş" sülh çərçivəsi layihəsini hazırlayıblar

Ağ Evin yaydığı birgə bəyanata görə, ABŞ və Ukrayna Cenevrədə keçirilən danışıqlardan sonra "yenilənmiş və təkmilləşdirilmiş" sülh çərçivəsi layihəsini hazırlayıblar

By
Rusiya-Ukrayna müharibəsi sülh danışıqları / Reuters

ABŞ-Ukrayna birgə bəyanatında deyilib ki, mövqelərin uyğunlaşdırılması və növbəti addımların dəqiq müəyyənləşdirilməsi istiqamətində danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edilib.

Ağ Evin yaydığı birgə bəyanata görə, ABŞ və Ukrayna Cenevrədə keçirilən danışıqlardan sonra "yenilənmiş və təkmilləşdirilmiş" sülh çərçivəsi layihəsini hazırlayıblar.

Nümayəndə heyətlərinin Rusiya-Ukrayna müharibəsinə son qoymağı hədəfləyən Vaşinqtonun son sülh təklifini müzakirə etmək üçün keçirdiyi görüşdən sonra yayımlanan bəyanatda deyilir: "Mövqelərin uyğunlaşdırılması və növbəti addımların dəqiq müəyyənləşdirilməsində əhəmiyyətli irəliləyiş əldə edilib. Gələcək hər hansı razılaşmanın Ukraynanın suverenliyini tam qorumasının və davamlı və ədalətli sülhü təmin etməsinin vacibliyi bir daha təsdiqlənib".

Bəyanatda danışıqlar "konstruktiv, diqqət mərkəzində və hörmətli" adlandırılıb və hər iki tərəfin davamlı razılaşmanın təmin edilməsinə dair ortaq öhdəliyi vurğulanıb. Nümayəndə heyətləri məsləhətləşmələrin "son dərəcə məhsuldar" olduğunu etiraf ediblər və yenilənmiş çərçivənin son həftələrdə əldə edilən irəliləyişi əks etdirdiyini bildiriblər.

Dövlət katibi Marko Rubio və prezident Donald Trampın nümayəndəsi Stiv Uitkoffun rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti danışıqlarda iştirak edib. ABŞ ordusunun katibi Daniel Driskoll da Cenevrədə idi. Ukrayna tərəfinə prezidentin baş müşaviri Andriy Yermak rəhbərlik edib.

“Sarsılmaz öhdəlik”

Cenevrədə E3 ölkələrindən (Birləşmiş Krallıq, Fransa və Almaniya) olan milli təhlükəsizlik müşavirləri də Ukrayna nümayəndə heyəti ilə görüşüblər.

Bəyanatda Ukrayna müharibənin sona çatması və daha çox insan itkisinin qarşısının alınması səyləri ilə bağlı “ABŞ-ın və şəxsən prezident Donald Trampın sarsılmaz öhdəliyinə” görə minnətdarlığını bir daha təsdiqləyib.

Hər iki hökumət “yaxın günlərdə” birgə təkliflər üzərində intensiv işləməyə davam edəcəklərini və danışıqlar irəlilədikcə Avropa tərəfdaşları ilə sıx koordinasiyada qalacaqlarını bildiriblər. Bəyanatda vurğulanıbdı ki, yaranan çərçivə daxilində yekun qərarlar ABŞ və Ukrayna prezidentləri tərəfindən veriləcək.

28 maddəlik təklifə əsasən, Ukrayna Rusiyaya əlavə ərazi güzəştə getməli, ordusunun sayını məhdudlaşdırmalı və NATO-ya qoşulmaq üçün rəsmi olaraq müraciətindən imtina etməli idi. Tramp ukraynalı həmkarı Volodimir Zelenskiyə cavab vermək üçün noyabrın 27-nə qədər vaxt verib.

Zelenski qarşılaşdığı çətin seçimi "şərəfimizi itirmək və ya vacib tərəfdaşımızı itirmək riski" kimi təsvir etdi.

"Rusiyanın yeni hücumu"

Digər tərəfdən, mer Xarkov şəhərinə Rusiyanın pilotsuz təyyarəsi hücumunda dörd nəfərin öldüyünü və 17 nəfərin yaralandığını bildirib.

Xarxov şəhərinin meri İqor Terexov "Telegram" paylaşımında deyib: "Hazırda 17 nəfərin yaralandığı məlumdur. Dörd nəfər həyatını itirib".

Xarkov regional hərbi administrasiyasının rəhbəri Oleq Sinegubov hücumu "genişmiqyaslı" adlandırıb.