DÜNYA
2 dəqiqə oxuma
Myanmada 2021-ci ildə elan edilmiş fövqəladə vəziyyət ləğv edildi
Myanma hərbi xuntasının fövqəladə vəziyyəti ləğv etməsi ilə Çin ölkədə sülhün təşviqində fəal iştirak etməyə hazır olduğunu açıqlayıb
Myanmada 2021-ci ildə elan edilmiş fövqəladə vəziyyət ləğv edildi
/ AP

Myanmadakı hərbi xunta iyulun 31-də fövqəladə vəziyyət rejimini ləğv edərək dekabrda keçiriləcək seçkilərlə bağlı planlarını sürətləndirib.

2021-ci ilin fevralında hərbçilər Aunq San Su Kyinin mülki hökumətini devirdikdən sonra fövqəladə vəziyyət elan etmiş və nəticədə ölkədə başlayan vətəndaş müharibəsi minlərlə insanın həyatına son qoymuşdu. Bu qərar xunta lideri Min Aunq Hlaingə qanunvericilik, icra və məhkəmə hakimiyyəti üzərində tam səlahiyyət vermişdi. Lakin o, son zamanlarda münaqişəyə son qoymaq üçün seçkilərin keçirilməsinin vacibliyini vurğulayıb.

Çin bu addımı dəstəkləyir

Çin Xarici İşlər Nazirliyi xuntanın fövqəladə vəziyyəti ləğv etmək qərarını alqışlayaraq, Myanmada sülhün bərqərar olunmasında rol oynamağa hazır olduqlarını açıqlayıb. Nazirlik ölkədəki bütün siyasi partiya və qrupların dialoq yolu ilə fikir ayrılıqlarını həll etməyə çalışmasını təqdir edib. Çin həmçinin gərginliyin azaldılması və ölkənin sabitliyinin təmin olunması üçün dinc danışıqları dəstəkləyəcəyini bildirib.

Seçkilərə etiraz

Hərbi çevriliş nəticəsində vəzifədən kənarlaşdırılan keçmiş parlament üzvləri və müxalifət liderləri isə BMT ekspertinin keçən ay “hərbi hakimiyyəti qanuniləşdirmək üçün təşkil edilmiş saxtakarlıq” kimi qiymətləndirdiyi seçkiləri boykot edəcəklərini açıqlayıblar.

Hərbi xuntanın sözçüsü Zav Min Tun jurnalistlərə bildirib ki, ölkədə çoxpartiyalı demokratiya yolunda seçkilər keçirilməsi üçün fövqəladə vəziyyət ləğv olunub və seçkilər altı ay ərzində keçiriləcək.

Ekspertlər Min Aunq Hlaingin seçkilərdən sonra ya prezident, ya da silahlı qüvvələrin komandanı kimi səlahiyyətlərini daha da gücləndirəcəyini proqnozlaşdırır.

Eyni zamanda, müdafiə və seçki prosesinə nəzarəti təmin etmək məqsədilə “Milli Təhlükəsizlik və Sülh Komissiyası” ilə birlikdə yeni “Birlik Hökuməti”nin yaradılması təklif olunur. Həm hökumətə, həm də komissiyaya Min Aunq Hlaing rəhbərlik edəcək və sərəncamlarına əsasən müvəqqəti prezident kimi fəaliyyət göstərəcək.

Seçkilərin dəqiq tarixi bəlli deyil

Myanmanın dövlət qəzetində iyulun 31-də dərc olunan məlumatda Min Aunq Hlaingin “Biz artıq birinci mərhələni keçdik” ifadələrinə yer verilib. Bu çıxış hərbi şura üzvləri üçün keçirilən “şərəf mərasimində” səsləndirilib. O, həmçinin “İndi ikinci mərhələyə keçid alırıq” deyib.

Qəzet onun çıxışından sitat gətirib: “Gələn seçki bu ilin dekabrında keçiriləcək və bütün seçicilərin səs verməsi üçün lazımi hazırlıqlar aparılır.”

Hərbçilər seçkinin dəqiq tarixini açıqlamasa da, siyasi partiyaların qeydiyyatı davam edir və elektron səsvermə maşınları ilə bağlı təlimlər artıq keçirilir.

Seçkilərə hazırlıq çərçivəsində hərbçilər könüllü şəkildə silahı yerə qoyub “hüquqi çərçivəyə qayıdan” şəxslərə pul mükafatı təqdim etməyə başlayıblar.

Araşdırma
İordaniya XİN rəhbəri İranın ölkəsinə hücumlarını qiymətləndirib
Uttar-Pradeşdə daşqınlar səbəbindən 17 500 nəfər təxliyə olunub
Nigeriyada neft oğurluğuna cəhd edən 43 nəfər ölüb
Paşinyan: "Əgər Rusiya hərbi bazasını Ermənistandan çıxarmaq qərarına gələrsə, etiraz etməyəcəyik."
İran ordusu: Küveyt və BƏƏ-dəki ABŞ bazalarını raket və PUA-larla hədəf aldıq
İsrailin atəşkəsi pozaraq etdiyi hücum nəticəsində biri uşaq 2 fələstinli həyatını itirib
Yunanıstanda Qərbi Nil virusuna yoluxanların sayı 290-a yüksəlib
Rusiya Moskva istiqamətində uçan 37 PUA-nın məhv edildiyini açıqlayıb
ABŞ ordusu Sakit okeanda narkotik qaçaqmalçılarının qayığını batırdı
ABŞ-nin Minneapolis şəhərində silahlı insident olub, ölənlər var
Rusiya: Ukraynanın hərbi məqsədlərlə istifadə olunan logistika mərkəzlərini və gəmilərini vurduq
İordan çayının qərb sahilinin əl-Muğayyir bölgəsində iki fələstinli öldürülüb
İsrail əsgərləri məscidə gözyaşardıcı qaz bombası atıb
Almaniyada qatar stansiyasının yaxınlığında partlayış baş verib, yaralananlar var
Çin-Nepal sərhədində baş verən təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 1130-a çatıb
Misirdə baş verən yol qəzasında 16 nəfər həlak olub
ABŞ və İran gecə saatlarında qarşılıqlı hücumlar təşkil ediblər
Rusiyanın Kiyev və ətraf ərazilərə kütləvi raket hücumu nəticəsində dörd nəfər həlak olub
Nepalda daşqın zamanı ölənlərin sayı 900-ü ötüb
İran Hörmüz boğazında ABŞ-yə məxsus MQ-9 tipli PUA-nı vurduğunu elan edib