DÜNYA
2 dəqiqə oxuma
Qəzzanın Xan Yunis bölgəsində yağan güclü yağış yüzlərlə çadırı yararsız hala salıb
Soyuq hava və sığınacaq azlığı Qəzzada yerindən edilmiş minlərlə insanın vəziyyətini daha da ağırlaşdırır
Qəzzanın Xan Yunis bölgəsində yağan güclü yağış yüzlərlə çadırı yararsız hala salıb
Qəzzanın Xan Yunis bölgəsində yağan güclü yağış yüzlərlə çadırı yararsız hala salıb / AP

Qəzza Mülki Müdafiə Xidməti bildirib ki, Xan Yunisdə yerləşən əl-Mevasi bölgəsindəki müxtəlif məntəqələrdə qaçqın düşərgələrində çox sayda çadır yağış suları ilə dolub. Xilasetmə qrupları əraziyə müdaxilə edərək əhaliyə kömək göstərdiyi bildirilir.

Noyabrın 15-dən etibarən havanın kəskin şəkildə dəyişməsi müharibə səbəbi ilə 1,5 milyon yerindən edilmiş insanların sıx şəraitdə yaşadığı Qəzzada vəziyyəti daha da ağırlaşdırıb.

Qəzza hökumətinin media ofisinin məlumatına görə, hava şəraiti və İsrail bombardmanının vurduğu ziyan səbəbindən ümumilikdə 135.000 çadırdan 125.000-i (93%) artıq yaşayış üçün yararsız vəziyyətə düşüb.

 

BMT-dən təcili sığınacaq çağırışı

BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) güclü yağışların yerindən edilmiş insanların çadırlarını basmasından sonra Qəzzaya təcili olaraq çadır, prefabrik ev və digər yaşayış materiallarının daxil olmasına icazə verilməsi üçün çağırış edib.

Fələstinli Qaçqınlara Yardım Agentliyi “X” platformasında yayımladığı açıqlamada “Qəzzaya qış gəlib” sözləri ilə bölgədə ağırlaşan hava şəraitinə diqqət çəkib.

Açıqlamada deyilir: “Qəzzadakı yağan yağışlar insanların vəziyyətini daha da dözülməz hala salıb. Ailələr tapdıqları hər yerə sığınmağa çalışırlar.”

Agentlik bildirib ki, Qəzzanın qışı keçirə bilməsi üçün lazım olan bütün təcili yaşayış materialları mövcuddur, lakin onların bölgəyə buraxılması tələb olunur.

İsrail isə 10 oktyabrda qüvvəyə minmiş atəşkəs razılaşması çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, çadır, prefabrik ev və digər yaşayış üçün zəruri materialların Qəzzaya girişini hələ də əngəlləyir.

Xəbər verildiyi kimi, ABŞ prezidenti Donald Trampın 20 maddəlik planına əsaslanan atəşkəs razılaşmasının birinci mərhələsi, fələstinli məhbusların azad olunması müqabilində israilli əsirlərin azad edilməsini nəzərdə tutur. Plan həmçinin Qəzzanın yenidən qurulmasını və “Həmas”ın iştirak etmədiyi yeni idarəetmə mexanizminin yaradılmasını əhatə edir.

Xatırladaq ki, İsrail 2023-cü ilin oktyabrından bəri Qəzzada çoxu qadın və uşaq olmaqla 69.000-dən çox insanı öldürüb və bölgəni tamamilə viran qoyub.

MƏNBƏ:TRT
Araşdırma
Çin və ABŞ Rusiya ilə danışıqlarda nüvə tərksilahı məsələsini gündəmə gətirəcək
İran: Hörmüz boğazında 2 supertankerdə partlayışdan sonra yanğın baş verib
Pezeşkian: "ABŞ və İsrailin İrana qarşı hücumları 1,5 milyon ton CO2 emissiyasına səbəb olub"
İran BMT və BAEA-nı ABŞ-nin nüvə proqramı ilə bağlı 20 milyon dollarlıq təklifini pisləməyə çağırıb
BMT Baş katibi Antonio Quterreş COP31-də ölkələri "İqlim Ədaləti Sazişi"ni qəbul etməyə çağırıb
Ukrayna-Rusiya müharibəsinə son qoymaq üçün keçirilən üçtərəfli danışıqların ikinci günü başladı
"TRT-nin 18-ci Beynəlxalq Sənədli Film Mükafatları" üçün müraciətlərin qəbuluna başlanılıb
Avropa İttifaqı Şurası ilə Avropa Parlamenti İttifaqın 2027-ci il büdcəsi üzrə razılığa gəlib
Portuqaliya XİN Mark Ruttenin açıqlamasına reaksiya göstərib
İsraildəki Birgə Ərəb Siyahısı: Netanyahu tam histeriya içindədir, bəyanatları dəlilik, irqçilikdir
Prezident Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb
200-dən çox ölkənin nümayəndəsi Antalyada keçirilən COP31 sammitində bir araya gəlir
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında elektrik layihələrində əməkdaşlıq
BMT-nin Baş katibi Quterreş Türkiyəni COP31 sammiti təşkilatçılığına görə tərifləyib
Danimarka Ukraynaya hərbi və enerji sahələrində 750 milyon dollara yaxın dəstək göndərəcək