DÜNYA
1 dəqiqə oxuma
İran istehsalı olan pilotsuz təyyarə Səudiyyə Ərəbistanındakı MKİ binasına hücum edib
Dövlət Departamentinin daxili xəbərdarlığına görə, Səudiyyə Ərəbistanındakı Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) binasına struktur ziyan olub
İran istehsalı olan pilotsuz təyyarə Səudiyyə Ərəbistanındakı MKİ binasına hücum edib
İran istehsalı olan pilotsuz təyyarə Səudiyyə Ərəbistanındakı MKİ binasına hücum edib / Reuters
2 saat əvvəl

"Reuters" agentliyinə məlumat verənin sözlərinə görə, İrana məxsus olduğu güman edilən pilotsuz uçuş aparatı (PUA) Səudiyyə Ərəbistanındakı ABŞ səfirliyi kompleksində yerləşən MKİ binasına zərbə endirib.

Mənbə bildirib ki, stansiyanın qəsdən hədəf alındığına dair hələlik qəti bir əlamət yoxdur.

"The Washington Post" qəzetinin məlumatına görə, Dövlət Departamentinin xəbərdarlığında binanın ciddi struktur zədəsi aldığı qeyd olunub.

Hadisə, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı əməliyyatlardan sonra Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda baş verib.

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki səfirlik hücumlar zamanı vurulan bir neçə ABŞ obyektindən biridir. Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi səfirliyin iki pilotsuz təyyarə tərəfindən hədəfə alındığını, nəticədə kiçikmiqyaslı yanğın və maddi ziyanın yarandığını təsdiqləyib.

Vaşinqtonun Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyi amerikalıları potensial hücum təhlükəsi səbəbindən növbəti xəbərdarlığa qədər obyektdən uzaq durmağa çağırıb.

Səfirlik bu gün ABŞ vətəndaşları üçün bütün adi və təcili görüşləri ləğv edib.

Təhlükəsizlik xəbərdarlığında bildirilib ki, Dahran üzərində raket və pilotsuz təyyarə hücumları təhlükəsi qaçılmazdır. ABŞ konsulluğuna gəlməyin.