DÜNYA
1 dəqiqə oxuma
Çin və Cənubi Koreya 15 ildən sonra birgə SAREX təlimlərini bərpa etməyi müzakirə etdi
“Yonhap” xəbər agentliyinin fevralın 6-da yaydığı məlumata görə, Çin və Cənubi Koreya müdafiə rəsmiləri 15 illik fasilədən sonra birgə dəniz axtarış və xilasetmə (SAREX) təlimlərinin bərpasını müzakirə ediblər
Çin və Cənubi Koreya 15 ildən sonra birgə SAREX təlimlərini bərpa etməyi müzakirə etdi
Çin və Cənubi Koreya 15 ildən sonra birgə SAREX təlimlərini bərpa etməyi müzakirə etdi / Reuters
13 saat əvvəl

“Yonhap” xəbər agentliyinin fevralın 6-da yaydığı məlumata görə, Çin və Cənubi Koreya müdafiə rəsmiləri 15 illik fasilədən sonra birgə dəniz axtarış və xilasetmə (SAREX) təlimlərinin bərpasını müzakirə ediblər.

Rəsmilər fevralın 5-də Pekində 21-ci ikitərəfli müdafiə siyasəti görüşü çərçivəsində bir araya gəliblər.

Hər iki tərəf müdafiə əməkdaşlığının yenidən başlamasını alqışlayıb və strateji dialoq kanallarını canlandırmaq, həmçinin müdafiə orqanları arasında əlaqələrin əhatə dairəsini genişləndirmək üçün sıx əməkdaşlıq etmək barədə razılığa gəliblər.

Qeyd edək ki, SAREX təlimləri daha əvvəl 2005, 2007 və 2008-ci illərdə, sonuncu isə 2011-ci ildə keçirilib.

Görüş yanvarın əvvəlində Cənubi Koreya Prezidenti Li Ce Myonq və Çin Prezidenti Si Cinpin arasında keçirilən görüşdən sonra ikitərəfli münasibətləri inkişaf etdirmək və həll olunmamış məsələləri müzakirə etmək məqsədilə atılan addımlar çərçivəsində təşkil olunub.