Rusiyanın paytaxtı Moskvada törədilən hücumu nəticəsində bir rus generalı həlak olub.
Ölkənin İstintaq Komitəsinin məlumatına görə, minalanmış avtomobilin partlaması nəticəsində Rusiya Baş Qərargahının Əməliyyat Təlimi İdarəsinin rəisi, general-leytenant Fanil Sarvarov aldığı xəsarətlərdən dünyasını dəyişib. Komitənin “Telegram” kanalında yayımlanan bəyanatda bu barədə məlumat verilib.
Bəyanatda qeyd olunub ki, dekabrın 22-si səhər saatlarında Moskvanın Yasenevaya küçəsində avtomobilin altına yerləşdirilmiş partlayıcı qurğu işə salınıb.
İstintaq Komitəsi hadisə ilə bağlı araşdırmaların davam etdiyini bildirib. Müstəntiqlərin cinayətlə bağlı bir neçə versiya üzərində işlədiyi, ehtimallardan birinin isə hücumun Ukrayna kəşfiyyat xidmətləri tərəfindən təşkil olunması olduğu vurğulanıb.
Ukrayna hakimiyyəti iddialarla bağlı hələlik hər hansı açıqlama verməyib.








