DÜNYA
2 dəqiqə oxuma
Mədinə şəhəri yaxınlığındakı avtobus qəzasında 45 zəvvar həlak olub
Səudiyyə Ərəbistanında yol təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirən faciəvi qəzada təkcə bir nəfər sağ qalıb
Mədinə şəhəri yaxınlığındakı avtobus qəzasında 45 zəvvar həlak olub
Mədinə şəhəri yaxınlığındakı avtobus qəzasında 45 zəvvar həlak olub
18 noyabr 2025

Noyabrın 17-də Səudiyyə Ərəbistanında Hindistandan olan zəvvarları daşıyan bir avtobus qəzaya uğrayıb. Hadisə müqəddəs şəhərlərdən biri olan Mədinə yaxınlığında baş verib. Ağır yol qəzasında təxminən 45 nəfərin həyatını itirdiyi bildirilir. Bu hadisənin son illərdə Səudiyyə Ərəbistanında baş verən ən ağır qəzalar arasında olduğu qeyd olunub.

Herydərabad şəhər polis komissarı V.C.Sajjanar jurnalistlərə açıqlamasında deyib:
“Səudiyyə Ərəbistanında çoxu Heydərabad şəhərindən olan ziyarətçilərin olduğu avtobusun keçirdiyi bu faciəvi qəza son dərəcə üzücüdür.”

V.C.Sajjanar əlavə edib ki, ilkin məlumatlara görə, hadisə zamanı avtobusda 46 nəfər olub və onlardan təkcə bir nəfər xilas ola bilib.

Səudiyyəli rəsmilər qəzanın nəticələri ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.

 

Yeni Dehlinin başsağlığı

Hindistanın Baş naziri Narendra Modi noyabrın 17-də sosial şəbəkə vasitəsilə başsağlığı verib və Hindistan səfirliyinin Səudiyyə Ərəbistanı rəsmiləri ilə birgə işlədiyini bildirib.

N.Modi “X” sosial platformasında yazıb: “Mədinədə Hindistan vətəndaşlarının iştirakı ilə baş verən qəzadan dərin kədər hissi duyuram. Həlak olanların yaxınlarını baş sağlığı diləyirəm. Yaralananların tezliklə sağalması üçün dua edirəm. Ər-Riyadda səfirliyimiz və Ciddədəki konsulluğumuz bütün lazımi yardımı göstərir.”

 

Yol qəzaları Səudiyyə Ərəbistanında ölüm hallarının əsas səbəblərindəndir

Birləşmiş Millətlər Təşkilatının 2023-cü ildə yayımladığı bəyanatda qeyd olunub ki, yol-nəqliyyat qəzaları Səudiyyə Ərəbistanında xəsarət və ölüm hallarının ən əsas səbəblərindən biri olaraq qalır. Səudiyyə Ərəbistanı Krallığı yüksək gəlirli digər ölkələrlə müqayisədə yol qəzalarında hələ də yüksək ölüm göstəricisinə sahibdir.

Belə bir vəziyyət, zəvvarları Səudiyyə Ərəbistanının müqəddəs məkanlarına daşımaq üçün təhlükəli ola bilir; xüsusilə həcc mövsümündə yollarda xaotik vəziyyət yaranır və avtobuslar uzun tıxaclarda ilişib qalır.

Həcc mövsümü xaricində də milyonlarla insan ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanını ziyarət edir.

 

Əvvəlki hadisələr

2023-cü ilin mart ayında Məkkəyə gedən bir avtobus körpüdə baş verən toqquşmadan sonra alovlanmış, qəza nəticəsində 20 nəfər həlak olmuş, 24-dən çox insan isə yaralanmışdı.

2019-cu ilin oktyabrında isə Mədinə yaxınlığında bir avtobus başqa bir ağır nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə təxminən 35 xarici vətəndaş həyatını itirmiş, dörd nəfər yaralanmışdı.

Qeyd edək ki, Həcc və ümrə ziyarətləri Səudiyyə Ərəbistanının böyüməkdə olan turizm sektorunun mühüm hissəsini təşkil edir.

Səudiyyə Ərəbistanı həmçinin iki milyondan artıq Hindistan vətəndaşına ev sahibliyi edir. Bu insanlar uzun illərdir ölkənin əmək bazarında mühüm rol oynayır, çoxsaylı mega layihələrin inşasında iştirak edir və hər il Hindistana milyardlarla dollar həcmində valyuta göndərirlər.

MƏNBƏ:TRT
Araşdırma
İsrail ordusu Suriyanın Kuneytra bölgəsini artilleriya atəşinə tutdu
ABŞ Senatı Epşteynlə bağlı qanun layihəsini yekdilliklə təsdiqləyib
Donald Tramp Səudiyyə Ərəbistanını NATO-ya üzv olmayan əsas müttəfiq elan etdi
Şimali Kordofanda Çevik Dəstək Qüvvələrinə qarşı əhəmiyyətli qələbələr əldə edilib
Volodimir Zelenski noyabrın 19-da Türkiyəyə səfər edəcək
Françeska Albanese Qəzza ilə bağlı narahatlıqlarını Fransa parlamentində dilə gətirib
Fələstin BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı qətnaməsini alqışladı
COP30 ən kritik mərhələsinə qədəm qoyur, nazirlər isə fikir ayrılıqları ilə mübarizə aparırlar
ABŞ-ın Qəzza planın BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməsinə göstərilən reaksiyalar
Qəzzanın Xan Yunis bölgəsində yağan güclü yağış yüzlərlə çadırı yararsız hala salıb
İspaniya qanunsuz məskunlaşanların zorakılığının "həyəcanverici" artımını pisləyib
Mixeil Saakaşvili Zelenskidən onu əsir mübadiləsi siyahısına daxil etməsini istəyib
BBC Trampdan üzr istəyib, bir milyard dollarlıq böhtan iddiasını rədd edib
Rusiya, Çin və bir sıra ərəb ölkələri ABŞ-ın Qəzzaya dair planına etiraz ediblər
''Kiyevin bütün rayonları genişmiqyaslı hücuma məruz qaldı''
İordan çayının qərb sahilində qeyri-qanuni israilli köçkünlər məscidi yandırıblar
İsrail Livanın cənub şəhərlərini hava hücumları ilə hədəfə alır
Viktoriya ştatı yerli avstraliyalılara geniş səlahiyyətlər verən tarixi müqavilə imzaladı
Şiә əl-Sudani parlament seçkilərində qələbə qazandıqlarını elan edib
Sergey Lavrov ABŞ-a Ukrayna ilə bağlı çağırış edib