DÜNYA
1 dəqiqə oxuma
ABŞ-nin İrana qarşı hərbi əməliyyatı zamanı altı amerikalı hərbçi həlak olub
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ ilə İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyat zamanı həlak olan daha iki əsgərin meyitinin tapıldığını açıqladı
ABŞ-nin İrana qarşı hərbi əməliyyatı zamanı altı amerikalı hərbçi həlak olub
ABŞ-ın İrana qarşı hərbi əməliyyatı zamanı altı amerikalı hərbçi həlak olub / AP
2 saat əvvəl

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ ilə İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyat zamanı həlak olan daha iki əsgərin meyitinin tapıldığını açıqladı. CENTCOM-un rəsmi "X" səhifəsində edilən paylaşımda bildirilib ki, döyüşlərdə ümumilikdə altı ABŞ əsgəri həlak olub. ABŞ qüvvələri bu yaxınlarda İranın bölgədəki ilk hücumları zamanı itkin düşən iki əsgərin nəşini aşkar ediblər.

CENTCOM genişmiqyaslı döyüş əməliyyatlarının davam etdiyini və hərbçilərin kimliyinin ailələrinə bildirildikdən 24 saat sonra açıqlanacağını qeyd edib. Komandanlıq martın 2-də yaydığı məlumatda ümumi itki sayının dörd olduğunu bildirmişdi.

Lakin CBS News telekanalının ABŞ rəsmisinə istinadən yaydığı məlumatda həlak olan altı əsgərin hamısının İranın həftəsonu Küveytə etdiyi hücum zamanı həyatını itirdiyini vurğulamışdı.

Qeyd edək ki, daha əvvəl yayılan məlumatda hücumlar zamanı 18 ABŞ hərbçisinin yaralandığı bildirilmişdi.

‘‘Qəzəb əməliyyatı" adlandırılan bu hücumlar nəticəsində İranin ali dini lideri Əli Xamenei də daxil olmaqla bir neçə yüksək vəzifəli İran rəsmisinin həlak olduğu qeyd olunub. Tehran isə bu addımlara cavab olaraq, bölgədəki ABŞ hərbi bazalarını hədəf alan bir neçə Körfəz ölkəsinə pilotsuz uçuş aparatları və raketlərlə hücumlar təşkil edib.