Livan Səhiyyə Nazirliyinin martın 2-də yaydığı məlumata görə, İsrail ordusunun Beyrutun cənub ətraflarına və ölkənin cənub bölgələrinə təşkil etdiyi hava hücumları nəticəsində azı 31 nəfər həlak olub, 149 nəfər isə yaralanıb.
Bölgədə gərginlik ötən şənbə günü ABŞ və İsrailin İrana qarşı genişmiqyaslı hücumlarından sonra daha da kəskinləşib.
‘‘Hizbullah’’ qruplaşması Tehranın regiondakı ən yaxın müttəfiqi kimi İrana dəstək verməyin mənəvi borc olduğunu bəyan edib. Fevralın 28-dən etibarən başlayan şiddətli döyüşlər nəticəsində ümumilikdə 260-dan çox insan həyatını itirib.
Son məlumatlara görə, hücumlar nəticəsində İsraildə 10 nəfər, Livanda 31 nəfər, ABŞ-da 3 nəfər həyatını itirib. Körfəz ölkələrində isə çox sayda itki qeydə alınıb.
Xatırladaq ki, 2023-cü ilin oktyabrında HƏMAS-ın hücumu ilə başlayan Qəzza müharibəsindən sonra Hizbullah və İsrail arasındakı qarşıdurmalar davamlı xarakter alıb. Baxmayaraq ki, 2024-cü ilin noyabrında tərəflər arasında atəşkəs razılaşması imzalanmışdı, İsrail tərəfi Livan ərazilərinə zərbələr endirməyə davam edib.









