TÜRKİYƏ
2 dəqiqə oxuma
Türkiyə və Qətərin müdafiə nazirləri Yaxın Şərqdəki təhlükəsizlik vəziyyətini müzakirə ediblər
ABŞ və İsrailin İrana qarşı hücumları, həmçinin İranın Körfəz ölkələrini və Hörmüz boğazını hədəf alan cavab tədbirləri fonunda Türkiyə və Qətərin müdafiə nazirləri arasında telefon danışığı baş tutub
Türkiyə və Qətərin müdafiə nazirləri Yaxın Şərqdəki təhlükəsizlik vəziyyətini müzakirə ediblər
Türkiyə və Qətər / TRTWorld

ABŞ və İsrailin İrana qarşı hücumları, həmçinin İranın Körfəz ölkələrini və Hörmüz boğazını hədəf alan cavab tədbirləri fonunda Türkiyə və Qətərin müdafiə nazirləri arasında telefon danışığı baş tutub. Görüş zamanı tərəflər ikitərəfli əlaqələr və regional təhlükəsizlik məsələlərini ətraflı müzakirə ediblər.

Türkiyənin Milli Müdafiə Naziri Yaşar Gülər ilə Qətər Dövlətinin Baş nazirinin müavini və müdafiə naziri Şeyx Saud bin Əbdürrəhman bin Həsən bin Əli Əl Tani arasında telefon danışığı baş tutub.

Türkiyə Milli Müdafiə Nazirliyinin bu gün yaydığı bəyanatda bildirilib ki, görüş zamanı ikitərəfli və regional müdafiə, həmçinin təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Sözügedən telefon danışığı ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi birgə hücumlar nəticəsində regional gərginliyin pik həddə çatdığı bir dövrə təsadüf edib.

Qeyd edək ki, İsrail və ABŞ-nin 28 fevralda İrana qarşı başlatdığı genişmiqyaslı hücumlarda indiyədək aralarında ali lider Əli Xameneinin də olduğu təxminən 1 300 nəfərin həyatını itirdiyi bildirilir.

Regional gərginliyin artması fonunda İran bu hücumlara cavab olaraq İsrail, İordaniya, İraq və ABŞ hərbi qüvvələrinin yerləşdiyi müxtəlif Körfəz ölkələrini hədəf alan pilotsuz uçuş aparatları (PUA) və raket zərbələri ilə qisas əməliyyatları həyata keçirib.

İran martın əvvəllində qlobal neft daşınmasının gündəlik təxminən 20 milyon barelinin və dünya mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin 20 faizinin keçdiyi strateji əhəmiyyətli Hörmüz boğazını faktiki olaraq bağlayıb.

Araşdırma
Türkiyə yaşıl, rəqəmsal keçidi sürətləndirmək məqsədilə "Yaşıl Uzlaşma Fəaliyyət Planı"nı yeniləyib
Prezident Ərdoğan: "Sərhədlərimiz daxilində və xaricində sülh və sabitliyi gücləndiririk"
Türkiyə və Özbəkistan ətraf mühit sahəsində əlaqələri gücləndirir
Ulu öndər Atatürkün 88-ci ildönümü münasibətilə Anıtqəbirdə anım mərasimi keçirildi
COP31-də Mustafa Kamal Atatürkün xatirəsi anılıb
Prezident R.T.Ərdoğan “Apple” şirkəti idarə heyətinin sədri Tim Kuku qəbul edib
Vitse-prezident Cevdet Yılmaz Çinin vitse-prezidenti Han Çenq ilə görüşüb
Ərdoğan: "Daha çox qarşıdurmanın region üçün daha çox itkidən başqa mənası yoxdur"
Türkiyə-İraq birgə mətbuat bəyanatı yayılıb
R.T.Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə paylaşım edib
H.Fidan "TRT World Forum 2026" tədbirində Türkiyənin regional prinsipləri haqqında bəhs edib
“TRT World Forum 2026”da "Türkiyə: regional gücdən regionlararası aktora" paneli baş tutub
B.Duran Nigeriyanın informasiya naziri Malagi ilə görüş keçirib
İbrahim Kalın “TRT World Forum 2026” tədbirində Fələstin haqqında çıxış edib
"TRT World Forum 2026"da beynəlxalq hüquq və Qəzza mövzusu müzakirə olundu
Prezident R.T. Ərdoğan ''TRT World Forum''da çıxış etdi
TRT-nin Baş direktoru Mehmet Zahid Sobacı ''TRT World Forum-2026''da çıxış etdi
''TRT World Forum-2026'' öz işinə başladı
Hakan Fidan Məkkə Müdafiə Sazişini qiymətləndirib
Türkiyənin müdafiə sənayesi ixracatı 10 milyard dolları keçdi