DÜNYA
1 dəqiqə oxuma
Benqazi limanına edilən PUA hücumunda iki Liviya hərbçisi həyatını itirib
Benqazi limanına edilən dron hücumunda yaralanan iki Liviya hərbçisi həyatını itirib
Benqazi limanına edilən PUA hücumunda iki Liviya hərbçisi həyatını itirib
Benqazi limanına edilən PUA hücumunda iki Liviya hərbçisi həyatını itirib / َAA
 

Liviyanın şərqinə nəzarət edən qüvvələr Benqazi limanına endirilən dron zərbəsi zamanı yaralanan iki Liviya dəniz piyadasının öldüyünü açıqlayıb.

Bu barədə Baş Komandanlığın yaydığı məlumatda bildirilib. Onların hücum anında və daha sonra baş verən partlayışlar nəticəsində ağır xəsarət aldıqları bildirilir.

Liviyanın şərq hökumətinin başçısı Üsamə Həməd də məsələ ilə bağlı başsağlığı bəyanatı verib. O, iki hərbçinin Ukraynanın Benqazi limanına xain hücumu zamanı aldıqları xəsarətlər nəticəsində həlak olduğunu qeyd edib.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya məxsus dəniz korveti və yük gəmisinin batması ilə nəticələnən bu hücumlara görə məsuliyyəti üzərinə götürüb. Əməliyyatda Ukrayna istehsalı olan yeddi dəniz dronundan istifadə edildiyi bildirilir.