DÜNYA
1 dəqiqə oxuma
Ukrayna BM Təhlükəsizlik Şurasını təcili iclasa çağırıb
Ukraynanın xarici işlər naziri Andriy Sibiha (Andrii Sybiha) Rusiya ordusunun son günlərdə ölkəsinə təşkil etdiyi hücumlar nəticəsində 78 mülki şəxsin həyatını itirdiyini bildirib
Ukrayna BM Təhlükəsizlik Şurasını təcili iclasa çağırıb
Ukraynanın xarici işlər naziri Andriy Sıbiha

Ukraynanın xarici işlər naziri Andriy Sibiha (Andrii Sybiha) Rusiya ordusunun son günlərdə ölkəsinə təşkil etdiyi hücumlar nəticəsində 78 mülki şəxsin həyatını itirdiyini bildirərək, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) məsələ ilə bağlı təcili toplanması üçün çağırış etdiklərini bəyan edib.

Sibiha sosial şəbəkə hesabında etdiyi paylaşımda Ukraynanın son günlərdə intensiv hava hücumlarına məruz qaldığına diqqət çəkərək, "Ukrayna Rusiyanın yeni terror dalğasına cavab olaraq BMT Təhlükəsizlik Şurasının toplanmasını tələb etdi", deyib.

Rusiya ordusunun oktyabrın 7-də Prılukı şəhərinə hücum təşkil etdiyini, 8 oktyabrda isə Kramatorskda iki sərnişin avtobusunu hədəf aldığını qeyd edən Sibiha paytaxt Kiyevin də hücumlara məruz qaldığını, bu səbəbdən son günlərdə 78 nəfərin həyatını itirdiyini və 215 nəfərin yaralandığını açıqlayıb.

Nazir Sibiha deyib: "Döyüş meydanında hər hansı bir nəticə əldə etməyi bacarmayan müharibə cinayətkarı (Rusiya Prezidenti Vladimir) Putin Ukraynanın dinc əhalisinə qarşı terroru artırır”.

Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyinin "qanunsuz" olduğunu müdafiə edən Sibiha "Beynəlxalq ictimaiyyət BMT Nizamnaməsinin prinsiplərinə sadiq qalmalı, Rusiyanın əməllərinə konkret və lazımi cavabın verilməsini təmin etməlidir", -ifadəsini işlədib.