DÜNYA
1 dəqiqə oxuma
Rusiya və Ukrayna arasında meyitlərin mübadiləsi olub
Moskva 261 Ukrayna əsgərinin meyitlərini təhvil verib, Kiyev isə 24 Rusiya hərbçisinin meytini qarşı tərəfə təhvil verib
Rusiya və Ukrayna arasında meyitlərin mübadiləsi olub
Rusiya və Ukrayna arasında meyitlərin mübadiləsi olub, 25 may 2023-cü il (ARXİV). / Reuters

Rusiya və Ukrayna bu gün həlak olan hərbçilərin meyitlərin mübadiləsini həyata keçiriblər. Bu, keçən aydan bəri iki ölkə arasında baş tutan növbəti analoji prosesdir.

Dövlət Dumasının deputatı Şamsail Saraliyev RBK xəbər agentliyinə bildirib ki, Moskva 261 Ukrayna əsgərinin, Kiyev isə 24 Rusiya hərbçisinin meyitlərini təhvil verib.

Ukrayna Hərbi Əsirlərlə Rəftar üzrə Koordinasiya Qərargahı sonradan mübadilə faktını təsdiqləyərək "Telegram" kanalında "Rusiya tərəfinin bildirdiyinə görə, Ukrayna hərbçilərinə məxsus olan" 261 meyitin ölkəyə qaytarıldığını bəyan edib.

Bəyanatda həmçinin qeyd olunub ki, meyitlərin təhvil verilməsi prosesinin reallaşdırılmasına və dəstəklənməsinə verdiyi töhfələrə görə Beynəlxalq Qırmızı Xaç Komitəsinə dərin minnətdarlığımızı bildiririk.

Xatırladaq ki, iki ölkə arasında bu istiqamətdə sonuncu mübadilə iyulun 16-da baş tutmuşdu. Həmin vaxt Moskva 501, Kiyev isə 31 meyti qarşı tərəfə təhvil vermişdi.

Araşdırma
İordaniya XİN rəhbəri İranın ölkəsinə hücumlarını qiymətləndirib
Uttar-Pradeşdə daşqınlar səbəbindən 17 500 nəfər təxliyə olunub
Nigeriyada neft oğurluğuna cəhd edən 43 nəfər ölüb
Paşinyan: "Əgər Rusiya hərbi bazasını Ermənistandan çıxarmaq qərarına gələrsə, etiraz etməyəcəyik."
İran ordusu: Küveyt və BƏƏ-dəki ABŞ bazalarını raket və PUA-larla hədəf aldıq
İsrailin atəşkəsi pozaraq etdiyi hücum nəticəsində biri uşaq 2 fələstinli həyatını itirib
Yunanıstanda Qərbi Nil virusuna yoluxanların sayı 290-a yüksəlib
Rusiya Moskva istiqamətində uçan 37 PUA-nın məhv edildiyini açıqlayıb
ABŞ ordusu Sakit okeanda narkotik qaçaqmalçılarının qayığını batırdı
ABŞ-nin Minneapolis şəhərində silahlı insident olub, ölənlər var
Rusiya: Ukraynanın hərbi məqsədlərlə istifadə olunan logistika mərkəzlərini və gəmilərini vurduq
İordan çayının qərb sahilinin əl-Muğayyir bölgəsində iki fələstinli öldürülüb
İsrail əsgərləri məscidə gözyaşardıcı qaz bombası atıb
Almaniyada qatar stansiyasının yaxınlığında partlayış baş verib, yaralananlar var
Çin-Nepal sərhədində baş verən təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 1130-a çatıb
Misirdə baş verən yol qəzasında 16 nəfər həlak olub
ABŞ və İran gecə saatlarında qarşılıqlı hücumlar təşkil ediblər
Rusiyanın Kiyev və ətraf ərazilərə kütləvi raket hücumu nəticəsində dörd nəfər həlak olub
Nepalda daşqın zamanı ölənlərin sayı 900-ü ötüb
İran Hörmüz boğazında ABŞ-yə məxsus MQ-9 tipli PUA-nı vurduğunu elan edib