DÜNYA
1 dəqiqə oxuma
CENTCOM:''İrana qarşı əməliyyatlarda yaralanan ABŞ əsgərlərinin sayı 200-ü keçib''
ABŞ hərbi rəsmilərinin verdiyi məlumata görə, ABŞ ilə İsrailin İrana qarşı başlatdığı əməliyyatların başlamasından bəri Yaxın Şərqin yeddi ölkəsində təxminən 200 ABŞ əsgəri yaralanıb.
CENTCOM:''İrana qarşı əməliyyatlarda yaralanan ABŞ əsgərlərinin sayı 200-ü keçib''
CENTCOM:''İrana qarşı əməliyyatlarda yaralanan ABŞ əsgərlərinin sayı 200-ü keçib'' / Reuters
2 saat əvvəl

ABŞ hərbi rəsmilərinin verdiyi məlumata görə, ABŞ ilə İsrailin İrana qarşı başlatdığı əməliyyatların başlamasından bəri Yaxın Şərqin yeddi ölkəsində təxminən 200 ABŞ əsgəri yaralanıb.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü kapitan Tim Hokins bildirdi ki, xəsarətlərin böyük əksəriyyəti yüngül xarakterlidir və 180-dən çox hərbçi artıq xidmətə qayıdıb.

Hazırda 10 əsgərin vəziyyəti ağır qiymətləndirilir. Personalın durumu ilə bağlı ən ətraflı məlumatları təqdim edən Hokins yaralanmaların əsasən Bəhreyn, İraq, İsrail, İordaniya, Küveyt, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində qeydə alındığını bildirib. Martın 10-na qədər yaralı sayının 140 olduğu bildirilsə də, sonradan iki əsgərin vəziyyətinin ağırlaşması ilə bu rəqəm 200-ə yüksəlib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail qüvvələrinin İrana qarşı başlatdığı hücumlara cavab olaraq, Tehran bölgədəki Amerika bazalarını hədəf alıb. ABŞ rəsmiləri isə son əks-hücumların İranın raket və dron imkanlarını məhdudlaşdırmağa yönəldiyini vurğulayıblar. Münaqişə Amerika tərəfində ciddi itkilərə də səbəb olub. İndiyədək 13 ABŞ əsgəri həyatını itirib. Onlardan yeddisi birbaşa hücumlar nəticəsində, altısı isə İraqda "KC-135" yanacaq doldurma təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olub. Ən ağır itki fevralın 28-də Küveytin Şuayba limanındakı əməliyyat mərkəzinə dron zərbəsi endirilməsi zamanı baş verib və bu hadisədə 6 hərbçi dünyasını dəyişib.

Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan hava bazasına edilən hücumda daha bir əsgər həlak olub.