DÜNYA
1 dəqiqə oxuma
İsrail məcburi köçkün ailələrin sığındığı məktəbi bombaladı, ölənlər var
Səhiyyə rəsmiləri çərşənbə axşamı günü İsrailin Qəzzanın mərkəzində məcburi köçkünlərə ev sahibliyi edən məktəbə endirdiyi iki hava hücumunda qadın və uşaqlar da daxil olmaqla azı 29 nəfərin həlak olduğunu açıqlayıb.
İsrail məcburi köçkün ailələrin sığındığı məktəbi bombaladı, ölənlər var
/ AP

Yerli səhiyyə rəsmiləri çərşənbə günü İsrailin Qəzzanın şimalında məcburi köçkün ailələrin sığındığı məktəbə etdiyi hücum nəticəsində 13 fələstinlinin həlak olduğunu bildirib. İsrail qüvvələri Qəzzanın cənubundakı Rəfah şəhərində evləri və binaları dağıtmağa davam edir.

Fələstin mediası həlak olanlar arasında yerli jurnalist Nur Abduyun da olduğunu açıqlayıb. Lakin İsrail ordusu hücumun, məktəb şəhərciyində yerləşən və komanda mərkəzi kimi fəaliyyət göstərən "terrorçuları" hədəf aldığını bildirib.

HƏMAS-ın silahlı qanadı olan Qəssam Briqadaları İsrail zirehli qüvvələrinin Xan Yunisin şərqində yerləşdiyi ərazidə minalanmış sahəni partlatdıqlarını açıqlayıb. Rəfah rayonundakı sakinlər və HƏMAS mənbələri, şəhəri nəzarətə götürən İsrail qüvvələrinin evləri partlatmağa və infrastrukturu məhv etməyə davam etdiyini bildiriblər.

İsrail əsgərləri Qəzza zolağının təxminən üçdə birini ələ keçirərək, əhalini köçürüb və bu ərazilərdə hərbi təhlükəsizlik zonaları yaradaraq müşahidə qüllələri və postlar inşa ediblər. İsrail rəsmiləri Rəfahın gələcəkdə potensial humanitar zona kimi istifadə edilə biləcəyini də qeyd ediblər.

İsrailin verdiyi məlumata görə, müharibə 2023-cü il oktyabrın 7-də HƏMAS-ın 1200 nəfəri öldürdüyü və 251 nəfəri girov götürdüyü hücumla başlayıb. Yerli səhiyyə rəsmiləri bildirir ki, indiyədək İsrailin hücumları nəticəsində əksəriyyəti mülki vətəndaş olmaqla 52 mindən çox fələstinli həyatını itirib və Qəzzanın böyük hissəsi xarabalığa çevrilib.

MƏNBƏ:TRT Global
Araşdırma
İran: Hörmüz boğazında 2 supertankerdə partlayışdan sonra yanğın baş verib
Pezeşkian: "ABŞ və İsrailin İrana qarşı hücumları 1,5 milyon ton CO2 emissiyasına səbəb olub"
İran BMT və BAEA-nı ABŞ-nin nüvə proqramı ilə bağlı 20 milyon dollarlıq təklifini pisləməyə çağırıb
BMT Baş katibi Antonio Quterreş COP31-də ölkələri "İqlim Ədaləti Sazişi"ni qəbul etməyə çağırıb
Ukrayna-Rusiya müharibəsinə son qoymaq üçün keçirilən üçtərəfli danışıqların ikinci günü başladı
"TRT-nin 18-ci Beynəlxalq Sənədli Film Mükafatları" üçün müraciətlərin qəbuluna başlanılıb
Avropa İttifaqı Şurası ilə Avropa Parlamenti İttifaqın 2027-ci il büdcəsi üzrə razılığa gəlib
Portuqaliya XİN Mark Ruttenin açıqlamasına reaksiya göstərib
İsraildəki Birgə Ərəb Siyahısı: Netanyahu tam histeriya içindədir, bəyanatları dəlilik, irqçilikdir
Prezident Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb
200-dən çox ölkənin nümayəndəsi Antalyada keçirilən COP31 sammitində bir araya gəlir
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında elektrik layihələrində əməkdaşlıq
BMT-nin Baş katibi Quterreş Türkiyəni COP31 sammiti təşkilatçılığına görə tərifləyib
Danimarka Ukraynaya hərbi və enerji sahələrində 750 milyon dollara yaxın dəstək göndərəcək
Türkiyə yaşıl, rəqəmsal keçidi sürətləndirmək məqsədilə "Yaşıl Uzlaşma Fəaliyyət Planı"nı yeniləyib