SİYASƏT
2 dəqiqə oxuma
İran mediası Ayətullah Əli Xameneinin öldüyünü açıqladı
İran mediası ölkənin ali dini lideri Ayətullah Əli Xameneinin İsrail və ABŞ-nin birgə həyata keçirdiyi hava hücumları nəticəsində öldüyünü açıqlayıb
İran mediası Ayətullah Əli Xameneinin öldüyünü açıqladı
İran mediası Ayətullah Əli Xameneinin öldüyünü açıqladı / Reuters

İran mediası ölkənin ali dini lideri Ayətullah Əli Xameneinin İsrail və ABŞ-nin birgə həyata keçirdiyi hava hücumları nəticəsində öldüyünü açıqlayıb. Verilən rəsmi məlumatlara görə, 1989-cu ildən bəri hakimiyyətdə olan 86 yaşlı Xameneinin ölümü ilə əlaqədar ölkədə 40 günlük matəm və yeddi günlük tətil elan edilib. Dövlət televiziyasının efirində çıxış edən aparıcı ali rəhbərin yolunun və missiyasının qətiyyətlə davam etdiriləcəyini vurğulayıb.

Hadisədən sonra İslam İnqilabı Keşikçiləri Korpusu bəyanat yayaraq Xameneinin qatillərinin ən ağır şəkildə cəzalandırılacağını və İran xalqının cavabının şiddətli və qətiyyətli olacağını bildirib. "Fars" xəbər agentliyi və digər yerli media orqanları hücum zamanı ali liderlə yanaşı, onun qızı, kürəkəni və nəvəsinin də həlak olduğunu təsdiqləyib.

ABŞ Prezidenti Donald Tramp bu hadisəni təkcə İran xalqı üçün deyil, Xamenei rejiminin qurbanı olan amerikalılar və digər xalqlar üçün də ədalətin bərpası kimi qiymətləndirib.

İsrailin Baş naziri Benyamin Netanyahu isə yaydığı videomüraciətdə həyata keçirdikləri güclü və gözlənilməz hücumla Xameneinin olduğu məkanı məhv etdiklərini bəyan edib.

ABŞ kəşfiyyatındakı mənbələrin və yüksək vəzifəli rəsmilərin verdiyi məlumata görə,İsrail və ABŞ-ın fevralın 28-də həyata keçirdiyi hücum Ayətullah Əli Xameneinin köməkçiləri ilə keçirdiyi vacib görüş vaxtına uyğun şəkildə planlaşdırılıb. İsrail tərəfi iddia edir ki, əməliyyat nəticəsində Xamenei ilə yanaşı, Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Şamxani və İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Məhəmməd Pakpur da öldürülüb. "Reuters" agentliyinə məlumat verən iranlı mənbələr isə Xameneinin hücumdan qısa müddət əvvəl Şamxani və Əli Laricani ilə təhlükəsiz bir məkanda görüşdüyünü təsdiqləyib.

Yüksək vəzifəli İsrail rəsmisi isə Xameneinin meyitinin tapıldığını iddia edib.

ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında hadisə ilə bağlı açıqlama yayıb. D. Tramp bildirib ki, İran liderinin hərəkətləri izlənilib və onun ABŞ-ın müşahidə sistemlərindən gizlənməsi mümkün olmayıb. O, hədəfin İsraillə sıx əməkdaşlıq nəticəsində dəqiq vurulduğunu deyib. ABŞ rəsmilərinin sözlərinə görə, hücumun qəfildən həyata keçirilməsində əsas məqsəd İran liderinin gizlənməsinə imkan verməmək olub. Bu səbəbdən şənbə axşamı planlaşdırılan görüşlə bağlı əməliyyat kəşfiyyat məlumatları əsasında irəli çəkilib.

Görüşün dəqiq yeri hələ də məxfi qalsa da, əməliyyatın birinci mərhələsində Xameneinin Tehrandakı yüksək mühafizə olunan binasına sarsıdıcı zərbə endirilib. "Reuters" tərəfindən nəzərdən keçirilən peyk görüntüləri sözügedən binanın tamamilə dağıdıldığını faktiki olaraq təsdiqləyir.

Araşdırma
ABŞ-ın müdafiə naziri İsrailin Baş naziri B.Netanyahu ilə planlaşdırılan görüşünü təxirə salıb
NATO-nun 36-cı sammitinin yekun bəyannaməsi qəbul olunub
Donald Tramp Ukrayna müharibəsinin tezliklə sona çatacağına ümid etdiyini bildirib
NATO və Aİ liderləri mühüm bəyanatlarla çıxış etdilər
D.Tramp:"Prezident R.T.Ərdoğanla F-35 məsələsini müzakirə edəcəyik"
Rusiya:''Ankarada keçirilən NATO sammitini yaxından izləyirik''
Hakan Fidan:"Türkiyə Avropanın müdafiəsində əvəzolunmaz rola malikdir"
H.Fidan:''Ərdoğan və Tramp arasındakı yaxın münasibətlər NATO daxilindəki gərginliyi azalda bilər''
Almaniya:''Avropa kollektiv müdafiədə ciddi olduğunu NATO sammitində göstərəcək''
ABŞ Prezidenti Donald Tramp iyulun 7-də Türkiyəyə rəsmi səfər edəcək
Donald Tramp:''İranla aparılan danışıqlarda irəliləyiş əldə olunub''
Rusiya: "Ukraynaya qarşı təzyiqləri artırmağa davam edəcəyik"
C.D.Vens:''D.Tramp ciddi səbəb olmadığı təqdirdə ordunu İrana göndərmək niyyətində deyil''
Ermənistan rəhbərliyi İsrailin 1915-ci il hadisələrini “siyasi alətə çevirməsinə” qarşı çıxıb
İordan çayının qərb sahilində yeni məskunlaşma planı hazırlandığı iddia edilib
Tramp İranla görüşün Qətərdə keçiriləcəyini bildirsə də, İran birbaşa danışıqları rədd edir
İran D.Trampın danışıqlar barədə bəyanatını təkzib etdi
ABŞ və İran arasında əldə olunmuş razılaşma pozuldumu?
ABŞ İsrail və Livan arasında əldə olunmuş sülh sazişinin təfərrüatlarını açıqlayıb
Qazaxıstan Ukraynanın Rusiyadakı zavoda törətdiyi PUA hücumundan sonra qaz hasilatını azaldıb