ELM VƏ TEXNOLOGİYA
1 dəqiqə oxuma
Antarktida buzlarının əriməsi dəniz səviyyəsinin daha sürətli yüksəlməsinə səbəb ola bilər
Bu barədə ‘‘Nature’’ elmi jurnalında dərc edilən araşdırmada qeyd olunub
Antarktida buzlarının əriməsi dəniz səviyyəsinin daha sürətli yüksəlməsinə səbəb ola bilər
Antarktida buzlarının əriməsi dəniz səviyyəsinin daha sürətli artmasına səbəb ola bilə / TRT World and Agencies
22 noyabr 2025

Noyabrın 20-də yayımlanan araşdırmaya görə, qlobal dəniz səviyyəsi əsrin sonuna qədər əvvəlki proqnozlardan təxminən iki dəfə çox arta bilər.

Bu barədə ‘‘Nature’’ elmi jurnalında dərc edilən araşdırmada qeyd olunub.

Araşdırmaya görə, təkcə Antarktida buzlaqlarının əriməsi 2100-cü ilə qədər dəniz səviyyəsini əlavə 0,9 metr yüksəldə bilər. Bu isə əvvəlki proqnozlara əsasən nəzərdə tutulan 0,9 metrlik artıma əlavə olunacaq.

Alimlərin bildirdiyinə görə, buzlaqlar hazırkı sürətlə əriməyə davam edərsə 2500-cü ilə qədər dəniz səviyyəsi təxminən 15 metr arta bilər.

2013-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Paneli dəniz səviyyəsinin 2100-cü ilə qədər 0,9 metrdən çox yüksələcəyini proqnozlaşdırmışdı.

Araşdırmanın həmmüəllifi, geologiya professoru Robert DeKonto bildirib ki, bu vəziyyət dəniz səviyyəsinə yaxın yerləşən şəhərlər üçün fəlakətli nəticələrə səbəb ola bilər. O, qeyd edib ki, Bostonda əsrin sonuna qədər dəniz səviyyəsi 5 futdan (təxminən 1,5 metr) artıq qalxa bilər.

Dəniz səviyyəsinin yüksəlməsi riski altında olan digər şəhərlər arasında London, Nyu-York, Şanxay, Honkonq, Sidney və Venesiya da var.

Pensilvaniya Dövlət Universitetinin Yer və Ətraf Mühit Sistemləri İnstitutunun aparıcı alimlərindən biri və hesabatın digər müəllifi David Pollard bildirib ki, bu nəticələr istixana qazı emissiyalarının daha çox azaldılmasına səbəb olmalıdır.

Araşdırma
2025-ci il qeydlərə görə ən isti üçüncü il olub
ASELSAN 30 milyard dollar həddini aşaraq Türkiyənin ən iri şirkəti oldu
İstanbul Universiteti dəniz otlarını qorumaq üçün süni intellektdən istifadə etməyə başlayıb
Türkiyə şirkəti “Plan-S”in orbitdəki peyk sayı 16-ya çatıb
“Baykar” yeni investisiya planı çərçivəsində “Piaggio Aerospace”in istehsalını beş dəfə artıracaq
Dünyanın ən böyük kosmik tədbiri oktyabr ayında Türkiyədə keçiriləcək
"Tuba" dəniz tısbağası Türkiyənin Egey və Aralıq dənizinin şərq sahillərində  qalıb
Mehmet Kaçır: "Türkiyə Somalidə kosmodromun inşasına başlayacaq"
Süni intellektin idarəetmədəki rolu
Aİ "Google"un süni intellektə məlumatlardan istifadəsinə dair rəqabət əleyhinə araşdırma başladıb
Türkiyə TUA-nın sədrinin APSCO Şurasının rəhbəri seçilməsilə tarixi nailiyyət əldə etdi
Yaponiya süni intellekt istifadəsini kütləviləşdirir
Türkiyənin "Kızılelma" pilotsuz döyüş təyyarəsi hava qüvvələrinin taleyini dəyişdirdi
Türkiyənin ilk yerli istehsalı olan orbitaya transfer aparatı kosmosda missiyasına başlayıb
Türkiyənin müdafiə nəhəngi ASELSAN 50 yaşını qeyd edir
Rumıniya Fransanın "Mistral" hava hücumundan müdafiə sistemlərinin alınması üçün müqavilə imzalayıb
Türkiyənin qabaqcıl HÜRJET təlim təyyarəsinin kütləvi istehsalı yaxın zamanda start götürəcək
Türkiyənin müdafiə şirkətləri təbii fəlakətlərdə istifadə üçün həyat qurtaran dronlar hazırlayırlar
"Kızılelma" simulyasiya atəşi sınağında F-16-nı vurdu
“Turkcell” “Google” ilə tərəfdaşlıq qurdu