ELM VƏ TEXNOLOGİYA
2 dəqiqə oxuma
“Baykar” və “Leonardo” Avropada istehsal olunacaq PUA-lar üçün əməkdaşlığı genişləndirir
Türkiyə–İtaliya müdafiə tərəfdaşlığı çərçivəsində orta sinif PUA-rın İtaliyadakı müəssisələrdə istehsalı planlaşdırılır
“Baykar” və “Leonardo” Avropada istehsal olunacaq PUA-lar üçün əməkdaşlığı genişləndirir
“Baykar” və “Leonardo” Avropada istehsal olunacaq PUA-lar üçün əməkdaşlığı genişləndirir / Reuters

Türkiyənin müdafiə və aviasiya sahəsində aparıcı şirkətlərindən olan “Baykar” ilə İtaliyanın tanınmış aviasiya və müdafiə şirkəti “Leonardo” ilk orta sinif pilotsuz uçuş aparatlarının (PUA) istehsalına hazırlaşır. Bu aparatların təqdimatının aprel ayında keçirilməsi gözlənilir.

“Leonardo” şirkətinin baş icraçı direktoru Roberto Çinqolani “Anadolu” agentliyinə verdiyi açıqlamada bildirib ki, “Leonardo” ilə “Baykar” arasında yaradılan birgə təşəbbüs əvvəlcədən müəyyən edilmiş yol xəritəsinə uyğun şəkildə irəliləyir.

Martın 12-də şirkətin investorlar üçün təşkil etdiyi tədbirdə çıxış edən R.Çinqolani qeyd edib ki, bir neçə yüz kiloqram yük daşıma qabiliyyətinə malik orta sinif pilotsuz uçuş aparatları aprel ayında “Ronchi dei Legionari” müəssisəsində istehsal olunmağa başlanacaq. O əlavə edib ki, şirkət digər müəssisələrdə də istehsal hazırlıqlarını davam etdirir.

R.Çinqolani bildirib ki, sözügedən pilotsuz uçuş aparatları Avropa istehsalı dronlara artan tələbatı qarşılamaq üçün İtaliyada sertifikatlaşdırılacaq. Onun sözlərinə görə, “Leonardo” və “Baykar” Avropada yerli pilotsuz uçuş aparatlarının istehsalında mövcud olan boşluğu aradan qaldırmaq məqsədilə bir-birini tamamlayan güclü əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Bu əməkdaşlıq nəticəsində “Baykar” hava platformasını inkişaf etdirir, “Leonardo” isə kəşfiyyat sistemlərini və sahəyə xas texnologiyaları təmin edir.

R.Çinqolani həmçinin qeyd edib ki, birgə istehsal olunacaq pilotsuz uçuş aparatları 2025-ci ilin noyabr ayında elan edilmiş “Michelangelo Dome” hava hücumundan müdafiə sistemində rol oynaya bilər. Həmin sistemin ilk sınağının ilin sonuna qədər Ukraynada keçirilməsi gözlənilir.

Bildirilir ki, “Leonardo–Baykar” tərəfdaşlığı çərçivəsində hazırlanan pilotsuz uçuş aparatları bu hava hücumundan müdafiə qalxanına inteqrasiya oluna bilər.

MƏNBƏ:TRT
Araşdırma
TRT Akademiyasında "Mediada süni intellekt təlimi"
Türkiyənin AKYA torpedosu atış testində hədəf gəmisini uğurla məhv edib
NATO nümayəndə heyəti Türkiyənin müdafiə sənayesi nəhəngi "Baykar"da oldu
Türkiyədə ilk dəfə səkkizistiqamətli çarpaz qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib
NASA Aya son sınaq missiyası olan "Artemis 3" üçün dörd nəfərlik heyətin tərkibini açıqlayıb
"SpaceX"in "Starship" sınaq uçuşu son dəqiqə texniki nasazlığı səbəbindən təxirə salınıb
“SAHA Expo 2026” Beynəlxalq Müdafiə, Aviasiya, Kosmik Sənaye Sərgisində ixrac müqavilələri imzalandı
SAHA 2026 müdafiə və aviasiya sərgisi İstanbulda start götürüb
"Artemis II" heyəti Ay ətrafındakı uçuşdan sonra Sakit okeana eniş edir
Tarixi missiyada Artemis astronavtları Ayın yaxınlığından keçməyə hazırlaşırlar
“Artemis II” missiyasının heyəti Ay səfərində uğurla irəliləyir
Türkiyə fırlatdığı yeni peyklərlə kosmosda müstəqillik yolunda irəliləyir
Türkiyə 2.000 kilometr mənzilli yeni kamikadze PUA sistemini təqdim etdi
Türkiyə və İtaliya arasında PUA tərəfdaşlığı ilk istehsal hədəfinə yaxınlaşır
NASA “Artemis II” missiyasına hazırlaşır
Cənubi Koreya Norveçlə müdafiə sənayesi sahəsində saziş bağlayıb
Böyük Britaniya və Fransada gənclər üçün sosial medianın qadağa edilməsi məsələsi müzakirə olunur
Türkiyə qlobal okeanların qorunması üzrə sazişin qüvvəyə minməsində mühüm rol oynayır
2025-ci il qeydlərə görə ən isti üçüncü il olub
ASELSAN 30 milyard dollar həddini aşaraq Türkiyənin ən iri şirkəti oldu