İsrail Beyruta ağır zərbələr endirib, ölən və yaralananlar var
İsrail ordusunun Livanın paytaxtı Beyrutun cənubundakı Cnah bölgəsinə təşkil etdiyi hücumda iki nəfər həlak olub
İsrail ordusunun Livanın paytaxtı Beyrutun cənubundakı Cnah bölgəsinə təşkil etdiyi hücumda iki nəfər həlak olub.
Tibb işçilərinin verdiyi məlumata görə, hücum xəbərdarlıq edilmədən həyata keçirilib və ərazidə park edilmiş nəqliyyat vasitəsi hədəf alınıb.
İsrail mediası ölkənin şimalındakı Hayfa yaxınlığında yerləşən Kiryat Tivon şəhərinə raket düşdüyünü bildirib.
"Channel 12" telekanalının məlumatına görə, raketin bir binaya düşməsi nəticəsində azı 13 nəfər yaralanıb və ciddi dağıntılar baş verib.
İsrailin "Magen David Adom" təcili yardım xidməti qəlpə yaraları alan 34 yaşlı bir qadına hadisə yerində tibbi yardım göstərildiyini bildirib.
Livan Səhiyyə Nazirliyinin son hesabatına əsasən, İsrailin martın 2-dən bəri davam edən hücumları nəticəsində ölənlərin sayı 687-yə, yaralıların sayı isə 1774-ə yüksəlib.
Livan rəsmiləri gərginliyin artdığı dövrdən etibarən 822 600 insanın öz yurd-yuvasından didərgin düşərək sığınacaqlara yerləşdiyini açıqlayıb.