Böyük Britaniyada İsrailin beynəlxalq futboldan kənarlaşdırılması tələbi ilə 25 min imza toplanıb

Fələstinlə Həmrəylik Kampaniyasının FA-ya təqdim etdiyi müraciətdə “Aston Villa–Makkabi Təl-Əviv” oyununun ləğvi və İsrailin beynəlxalq turnirlərdən uzaqlaşdırılması tələb olunur

By
Böyük Britaniyada İsrailin beynəlxalq futboldan kənarlaşdırılması tələbi ilə 25 min imza toplanıb

İsrailin Qəzzadakı töratdiyi soyqırıma görə beynəlxalq futbol yarışlarından kənarlaşdırılması və “Aston Villa” ilə “Makkabi Təl-Əviv” arasındakı oyunun ləğvi tələbi ilə hazırlanan müraciət üçün Böyük Britaniyada on minlərlə imza toplanıb.

Böyük Britaniyada fəaliyyət göstərən Fələstinlə Həmrəylik Kampaniyası tərəfindən başlatılan və 25 min nəfər tərəfindən imzalanan müraciət, platformanın direktoru Luis Bekon tərəfindən “Uembli” Stadionunda Futbol Assosiasiyasına (FA) təqdim edilib.

L.Bekon “Uembli” Stadionunun qarşısında verdiyi açıqlamada bildirib ki, soyqırımı və irqi ayrı-seçkilik (apartheid) siyasətinə görə məsuliyyət daşıyan bir dövlətin komandaları beynəlxalq futbol turnirlərində iştirak etməməlidir.

Qeyd edək ki, turnir cədvəlinə görə “Aston Villa” noyabrın 6-da UEFA Avropa Liqası çərçivəsində “Makkabi Təl-Əviv”i öz meydanında qəbul edəcək.

Vest-Midlends Polisi mövcud kəşfiyyat məlumatlarına və əvvəlki insidentlərə əsaslanaraq matçı “yüksək riskli” kimi qiymətləndirib. Polis hüquq-mühafizə xidməti, yerli bələdiyyə və təhlükəsizlik mütəxəssislərindən ibarət Təhlükəsizlik İstişarə Qrupu isə səfər azarkeşlərinin stadiona buraxılmayacağını açıqlayıb.