İran İslam İnqilabı Keşikçiləri Korpusu Körfəzdə ABŞ-a məxsus neft tankerinə hücum təşkil edildiyini və bununla da regionda gərginliyi daha da artdığını bəyan edib.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə, İran Hərbi Dəniz Qüvvələri Körfəzin şimal hissəsində Amerikanın neft tankerini uğurla hədəf alıb. Hadisənin təfərrüatları barədə əlavə məlumat verilməyib, ABŞ tərəfi isə hələlik İranın bu iddiasına rəsmi reaksiya bildirməyib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi birgə hava hücumları nəticəsində aralarında İranın ali dini lideri Əli Xamenei və yüksək vəzifəli hərbi rəsmilərin də olduğu 900-dən çox insan həlak olub.
Bu hadisədən sonra İran İsrail və ABŞ-nin hərbi obyektlərinə ev sahibliyi edən Körfəz ölkələrinə PUA və raket zərbələri endirib.














