TÜRKİYƏ
2 dəqiqə oxuma
R.T. Ərdoğan Fələstin məsələsini hər zaman müdafiə edən liderlərdən biri olub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 7 oktyabr 2023-cü il hadisələrindən həm əvvəl, həm də sonra Fələstin məsələsini dünya səviyyəsində ən yüksək səslə müdafiə edən liderlərdən biri olub
R.T. Ərdoğan Fələstin məsələsini hər zaman müdafiə edən liderlərdən biri olub
R.T. Ərdoğan Fələstin məsələsini hər zaman müdafiə edən liderlərdən biri olub / TRT Haber

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 7 oktyabr 2023-cü il hadisələrindən həm əvvəl, həm də sonra Fələstin məsələsini dünya səviyyəsində ən yüksək səslə müdafiə edən liderlərdən biri olub. O, illərdir Fələstinə və Qəzzaya verdiyi dəstəyi bütün platformalarda qətiyyətlə ifadə edir.

Fələstində törədilən faciələrə və humanitar böhrana diqqət çəkən R.T. Ərdoğan 2019-cu ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) kürsüsündən səsləndirdiyi "İsrail Dövlətinin sərhədləri haradadır?" sualı ilə yadda qalıb. Prezident çıxışlarında bu məsələnin yalnız siyasi deyil, bəşəri bir məsələ olduğunu vurğulayaraq "Onlar düşünürlər ki, biz sussaq, problem yox olacaq. Amma biz sussaq belə, tarix susmayacaq’’ sözləri ilə mövqeyini dəfələrlə bəyan edib.

Zülm altında olan bölgələrdən gələn günahsız uşaqların hekayələrini dünya ictimaiyyətinin diqqətinə çatdıran R.T. Ərdoğan həm qlobal zirvələrdəki çıxışlarında, həm də ikitərəfli görüşlərində Qəzza məsələsini hər zaman gündəmə gətirib. Onun BMT Baş Assambleyasındakı sərt və tənqidi çıxışları zamanı İsrail nümayəndə heyətinin zalı tərk etməsi də diqqət çəkən məqamlardan olub.

R.T. Ərdoğan çıxışlarının birində "Mən burada bir daha bəzi həqiqətləri açıq şəkildə ifadə edəcəyəm. Heç kim inciməməlidir. Bu, Tayyib Ərdoğanın şəxsi məsələsi deyil, humanitar və vicdan məsələsidir" – deyərək məsələnin qlobal mahiyyətini vurğulayıb.

Türkiyə bu müddət ərzində humanitar böhranın qarşısını almaq üçün diplomatik səylərini yorulmadan davam etdirib. Prezident R.T. Ərdoğan Fələstin məsələsinə hər zaman milli məsələ kimi baxaraq rəsmi Ankaranın bu istiqamətdəki qətiyyətli mövqeyini bütün platformalarda nümayiş etdirir.