TÜRKİYƏ
1 dəqiqə oxuma
Təyyarə qəzasında şəhid olan əsgərlərlə vida mərasimi keçirilib
Əsgərlərin nəşləri mərasimindən sonra vətənlərinə göndərildi
Təyyarə qəzasında şəhid olan əsgərlərlə vida mərasimi keçirilib
Təyyarə qəzasında şəhid olan əsgərlərlə vida mərasimi keçirilib / AA

Noyabrın 14-də paytaxt Ankaradakı Mürted Hava Bazası Komandanlığında təyyarə qəzasında həlak olan türk hərbçiləri ilə mərasimi keçirilib.

Mərasim zamanı şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və onlar üçün dualar oxunub. Əsgərlərin adları elan edildikdən sonra onların nəşləri vətənlərinə göndərilib.

Mərasimdə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Milli Müdafiə naziri Yaşar Güler, Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş, millət vəkilləri, Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli komandirləri, Ankara valisi Vasip Şahin, Azərbaycan Hərbi Hava Qüvvələri komandanı general-mayor Namiq İslamzadə, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və şəhidlərin ailələri iştirak ediblər.

Prezident Rəcəb Tayyib Ərdoğan şəhid ailələrinə dərin hüznlə başsağlığı verib və dualarını çatdırıb.

Qeyd edək ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C-130” tipli hərbi yük təyyarəsi noyabrın 11-də Azərbaycan–Gürcüstan sərhədi yaxınlığında qəzaya uğramışdı. Qəza nəticəsində 20 hərbçi şəhid olmuşdu.

Araşdırma
Türkiyə İsrailin Suriya ilə bağlı iddialarını rədd edib və "qanunsuz" hava zərbələrini pisləyib
Türkiyə və Suriya arasında mədənçilik sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb
Prezident Ərdoğan Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə telefon danışığı aparıb
Fransa meşə yanğınları ilə mübarizədə dəstək verən Türkiyə dövlətinə təşəkkür etdi
Prezident Ərdoğan ilə ABŞ Prezidenti Tramp arasında telefon danışığı olub
Prezident Ərdoğanın ötən əsrin ən böyük fəlakətlərindən olan Mərmərə zəlzələsi ilə bağlı mesajı
Prezident Erdoğan "Al Jazeera" televiziyasına müsahibə verib
Türkiyənin ilk 6 ayda neft istehsalı 23,1 milyon barrelə çatıb
TBMM sədri N.Kurtulmuş "Terrorsuz Türkiyə" prosesi haqqında danışıb
Türkiyənin Suriyadakı səfiri N.Yılmaz iki ölkə arasındakı məsələlər haqqında danışıb
TRT qazaxıstanlı jurnalistlərə mediada süni intellektdən istifadə təlimi verəcək
Türkiyə Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib
Hakan Fidan Misirə etdiyi səfərlə bağlı paylaşım edib
R.T. Ərdoğan AK Partiyanın 25-ci ildönümü münasibətilə məqalə qələmə alıb
Prezident Ərdoğan şəhid ailələri və qaziləri qəbul edib
Nəmrut dağında gün batımı izdihamı
Türkiyə–Pakistan–Səudiyyə Ərəbistanı müdafiə sazişi regional təhlükəsizliyi gücləndirəcək
Türkiyədə "Kuriş" cinayətkar qruplaşmasına qarşı əməliyyat keçirilib
Neçirvan Bərzani "Terrorsuz Türkiyə" prosesi ilə bağlı çərçivə qanununu dəstəkləyib
Mahmud Abbas Türkiyəyə rəsmi səfər edəcək