TÜRK DÜNYASI
2 dəqiqə oxuma
Ankarada ''Türk dilinə xidmət'' mükafatları mərasimi keçirildi
Türk Dil Qurumu (TDK) türk dilinin inkişafına, düzgün və səmərəli istifadəsinə və elmi-mədəni sahədə nüfuzunun gücləndirilməsinə töhfə verən şəxs və qurumları “Türk dilinə xidmət” mükafatları ilə təltif edib
Ankarada ''Türk dilinə xidmət'' mükafatları mərasimi keçirildi
Ankarada ‘'Türk dilinə xidmət’'' mükafatları mərasimi keçirildi / TRT Global

Türk Dil Qurumu (TDK) türk dilinin inkişafına, düzgün və səmərəli istifadəsinə və elmi-mədəni sahədə nüfuzunun gücləndirilməsinə töhfə verən şəxs və qurumları “Türk dilinə xidmət” mükafatları ilə təltif edib.

Mükafatlandırma mərasimi Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun Atatürk Konfrans Salonunda baş tutub.

Türk dilinə dair şüurun gücləndirilməsi, dilin zənginliyinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində uzun illər ərzində fəaliyyət göstərən şəxs və qurumlar bu mükafata layiq görülüb.

Bu çərçivədə, türk dilini geniş auditoriyaya düzgün və anlaşılan şəkildə çatdırmaqda uzunmüddətli uğurlarına görə TRT Xarici Yayımlar Departamentinin rəhbəri, cənab Onur Çekici, TRT Türkiyənin Səsi Radiosu vasitəsilə dili cəmiyyətə aydın və estetik şəkildə çatdırdığı üçün aparıcı (spiker) Şener Mete, türk dili araşdırmalarına beynəlxalq səviyyədə verdiyi mühüm töhfələrə görə professor Ergin Jable, türk ləhcələri, dil tarixi və müqayisəli dilçilik sahələrindəki qabaqcıl elmi fəaliyyətlərinə görə professor Henrik Yankovski, türk dilinin elmi dil kimi formalaşmasına yönəlmiş terminologiya sahəsindəki işlərinə görə professor Aydın Köksal, türk dilinin rəqəmsallaşdırılması, səs texnologiyaları və dil məlumatlarının emalı sahəsindəki təcrübəsi, eləcə də TÜBA Mühəndislik Terminləri Lüğətinin redaktoru kimi terminologiya sahəsinə verdiyi xüsusi töhfələrə görə professor Bülent Sankur, həmçinin folklor, mədəni tarix və ədəbiyyat sahəsində apardığı araşdırmalarla türk dilinin mədəni zənginliyinə verdiyi dəyərli töhfələrə görə professor Hacı Ömər Karpuz “Türk dilinə xidmət” mükafatına layiq görülüblər.

Mərasimdə çıxış edən Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy dilin bir millətin yaddaşı, vicdanı və ürəyi olduğunu vurğulayaraq türk dilinə xidmət etməyin təkcə söz və ya cümlələri gözəlləşdirmək deyil, eyni zamanda millətə, torpağa və ortaq mədəni irsə xidmət etmək mənası daşıdığını bildirib.

Nazir Mehmet Nuri Ersoy deyib: “Bu fəaliyyətlər bəzən alqışsız qalır, amma bilinməlidir ki, türk dilinə göstərilən hər bir xidmət millətimizin gələcəyi üçün ən dəyərli mirasdır. Türk dilinə xidmət çox vaxt görünməz olur, amma onun dəyəri ölçülməzdir’’.

Türk dilinin Kaşğarlı Mahmuddan Yunus Əmrəyə, Əlişir Nəvaidən bu günə qədər uzanan dərin və zəngin bir yol keçdiyini xatırladan Mehmet Nuri Ersoy Cümhuriyyətin qurucusu Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə yaradılan Türk Dil Qurumunun dilin sadələşdirilməsi və elmi inkişafında tarixi rol oynadığını qeyd edib.

Bu irsin gələcək nəsillərə ötürülməsində hər kəsin üzərinə məsuliyyət düşdüyünü vurğulayan nazir mükafata layiq görülənləri təbrik edərək, türk dili uğrunda apardıqları fədakar fəaliyyətlərə görə onlara minnətdarlığını bildirib.

Mərasimdə çıxış edən Türk Dil Qurumunun sədri, professor Osman Mert də öz növbəsində hər il təqdim olunan ‘‘Türk dilinə xidmət’’ mükafatlarının təkcə bir təşəkkür deyil, eyni zamanda türk dilinə göstərilən əməyə duyulan dərin minnətdarlığın ifadəsi olduğunu bildirib.

Araşdırma
Türkiyə şirkətləri Qazaxıstanda keçirilən texnologiya sərgisində iştirak edib
Zəngəzur dəhlizi beş il ərzində şərq-qərb əlaqəsini gücləndirəcək
H.Fidan TDT-nin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi toplantısında iştirak edib
Özbəkistanda pedofiliya cinayətinə görə ömürlük həbs cəzası veriləcək
Xocalı faciəsindən 34 il ötür
TDV Bakı Türk Liseyində iftar süfrəsi təşkil edilib
Türkiyə və Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti arasında yeni iqtisadi saziş imzalanacaq
Həmrəyliyin simvoluna çevrilən qırmızı avtomobil
Ankarada ümumi türk əlifbası müzakirə edildi
20 Yanvar hadisələrindən 36 il ötür
Ərdoğan: "Türkiyə Azərbaycan-Ermənistan sülh prosesindəki irəliləyişi dəstəkləyir"
Türkiyə və Azərbaycan arasında enerji, ticarət və investisiya sazişi imzalandı
Səhləb: Osmanlıdan bu günə bir qış nağılı
Ərdoğan: "Tarixi məsuliyyətimizin bir hissəsi olaraq sülh və dialoqun qurulması üçün çalışırıq"
Türkiyə təxirə salınan Xəzər qaz boru kəməri üçün vasitəçilik edəcək
Qazaxıstan neft marşrutlarını nəzərdən keçirir
Türkdilli dövlətlərin energetika nazirləri İstanbulda bir araya gələcək
Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib
Ankarada Beynəlxalq Qədim Türk Dili Simpoziumu təşkil edildi
Rusiya və Qırğızıstan arasında geniş əməkdaşlıq üzrə saziş imzalanacaq