SİYASƏT
1 dəqiqə oxuma
R.T.Ərdoğan ukraynalı həmkarı V.Zelenski ilə telefon danışığı aparıb
Prezidenti R.T.Ərdoğan Rusya-Ukrayna müharibəsinin qalıcı bir sülhlə nəticələnməsi üçün rəsmi Ankaranın səylərini davam etdirdiyini vurğulayıb
R.T.Ərdoğan ukraynalı həmkarı V.Zelenski ilə telefon danışığı aparıb
R.T.Ərdoğan - V.Zelenski
28 avqust 2025

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna prezidenti Volodimir Zelenski telefon danışığı zamanı ikitərəfli münasibətləri, Ukrayna–Rusiya sülh prosesini, həmçinin regional və qlobal məsələləri müzakirə ediblər.

Prezident R.T.Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenskiyə, Alyaska və Vaşinqtondakı təmasları yaxından izlədiklərini bildirib. Bu məlumat Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən avqustun 28-də (bu gün) Türkiyənin yeni sosial media platforması “NEXT Sosial” vasitəsilə açıqlanıb.

Qeyd edək ki, tərəflər arası telefon danışığı Kiyevə təşkil edilən və aralarında uşaqların da olduğu təxminən 14 mülki şəxsin həyatını itirməsinə səbəb olan Rusiya hücumundan bir neçə saat sonra baş tutub. Hücum yaşayış məntəqələrini və digər mülki infrastrukturu hədəf alıb, Avropa İttifaqı liderləri və Qərb müttəfiqlərindən sərt reaksiyalar doğurub.

R.T.Ərdoğan danışıq zamanı Türkiyənin müharibənin qalıcı bir sülhlə sona çatması üçün səylərini davam etdirdiyini vurğulayıb. Dövlət başçısı əlavə edib ki, Ukrayna–Rusiya müharibəsinə ədalətli həll tapmağın mümkün olduğunu, tərəflər arasında danışıqların gücləndirilməsinin vacibliyini düşünür və sülh yolunu aça biləcək yüksək səviyyəli təmaslara vasitəçilik etmək üçün Türkiyənin əlindən gələni etməyə hazır olduğunu bildirib.

Prezident R.T.Ərdoğan həmçinin sülhün təmin olunması ilə birlikdə Türkiyənin Ukraynanın təhlükəsizliyinə dəstək verməyə davam edəcəyini qeyd edib.

İctimaiyyətlə Əlaqələr İdarəsinin açıqlamasında bildirilir ki, R.T.Ərdoğan telefon söhbətində həmçinin Ukraynanın Müstəqillik Gününü təbrik edib.

MƏNBƏ:TRT
Araşdırma
Tanzaniyada 200-dən çox şəxs vətənə xəyanətdə ittiham olunur
ABŞ Cənubi Afrikada keçiriləcək G20 sammitinə qatılmayacaq
HƏMAS: İsrailin yaşayış məntəqələrini genişləndirməsi daha geniş ilhaq planının hissəsidir
ABŞ Qəzzaya sülhməramlı qüvvələrin göndərilməsi barədə qətnaməni BMT TŞ-nin üzvlərinə təqdim etdi
D.Tramp: "N.Maduronun hakimiyyəti bitmək üzrədir"
Tramp: "ABŞ Netanyahuya kömək etmək üçün hüquqi ittihamlarla bağlı proseslərə daxil olacaq"
Tramp Rusiya və Çinin gizli nüvə sınaqları keçirdiyini bildirib
ABŞ və Çin arasında hərbi əməkdaşlıq qurulacaq
Pakistan ilə Əfqanıstan arasındakı “Torkham” nəzarət-buraxılış məntəqəsi yenidən açılıb
Rusiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını məhv edib
İsrail hərbi baş prokuroru işgəncə görüntüləri sızdırdığını etiraf edərək istefa verib
Tanzaniyada Samia Hasan qələbəsini elan edib, yüzlərlə insanın öldürüldüyü bildirilir
Moskvanın Ukrayna tələblərində israr etməsi Tramp-Putin zirvə görüşünün qarşısını aldımı?
Suriya Kosovonu müstəqil və suveren dövlət kimi tanıdı
Volodimir Zelenski: “Ukraynanın Avropa İttifaqının dəstəyinə ehtiyacı var”
İordaniya Kralı Qəzzada sülhün təzyiqlə davam etdirilməsinə deyil, qorunmasına ümid edir
Belçikanın müdafiə naziri Teo Franken Rusiyanı hədələdi
Baş nazir: "Slovakiya Ukraynaya hərbi yardım planında iştirak etməkdən imtina edir"
Meloni Aİ-nin sanksiyalarını dəstəkləməyə söz verib
Çin İsraili BƏM-nin qərarına əməl etməyə və Qəzzaya yardım üçün BMT ilə işləməyə çağırıb