TÜRKİYƏ
2 dəqiqə oxuma
Türkiyə və bir sıra ölkələr İsrailin Şərqi Qüdsdə tədbiq etdiyi ibadət məhdudiyyətlərini pislədilər
Ölkələr İsrailin müqəddəs yerlərdə girişi məhdudlaşdıran tədbirlərinə etiraz edir
Türkiyə və bir sıra ölkələr İsrailin Şərqi Qüdsdə tədbiq etdiyi ibadət məhdudiyyətlərini pislədilər
Türkiyə və bir sıra ölkələr İsrailin Şərqi Qüdsdə tədbiq etdiyi ibadət məhdudiyyətlərini pislədilər / AA
14 saat əvvəl

Türkiyə dövləti işğal altındakı Şərqi Qüdsdə İsrailin tədbiq etdiyi ibadətə yönəlmiş məhdudiyyətləri din azadlığını və regional sabitliyi təhdid etdiyini bildirib.

Türkiyə, Misir, İordaniya, İndoneziya, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri işğal altındakı Şərqi Qüdsdə İsrail tərəfindən müsəlmanlara və xristianlara tətbiq edilən məhdudiyyətlərə etiraz ediblər.

Nazirlər bildiriblər ki, bu məhdudiyyətlər müsəlmanların “Məscidül-Əqsa”ya çıxışının məhdudlaşdırılması kimi tədbirləri əhatə edir. Bundan əlavə 8 ölkənin nazirləri Qüdsdə müsəlman və xristian müqəddəs məkanlarında hüquqi və tarixi status-kvonu dəyişdirməyə yönəlmiş cəhdləri rədd etdiklərini bir daha vurğulayıblar.

Verilən birgə bəyanatda deyilir: “İsrailin davam edən bu tətbiqləri beynəlxalq humanitar hüquq da daxil olmaqla beynəlxalq hüququn, eləcə də mövcud hüquqi və tarixi status-kvonun açıq şəkildə pozulması və ibadət yerlərinə maneəsiz çıxış hüququnun pozulması mənasına gəlir.”

Nazirlər həmçinin xristianların “Müqəddəs Məqbərə” kilsəsinə sərbəst çıxışının məhdudlaşdırılması da daxil olmaqla qanunsuz addım adlandırılaraq tədbiq olunan mədudiyyətləri qınayıblar.

 

İşğal altındakı Şərqi Qüdsün vəziyyəti

Nazirlər işğal altındakı Şərqi Qüds və onun müqəddəs məkanlarında hüquqi və tarixi status-kvoya hörmət olunmasının vacibliyini vurğulayıblar.

Açıqlamada İsrailin işğalçı qüvvə kimi işğal altındakı Şərqi Qüds üzərində suverenlik hüququnun olmadığı bildirilib və ibadət yerlərinə çıxışı məhdudlaşdıran bütün tədbirlərin dayandırılmasına çağırış edilib.

Nazirlər həmçinin “Məscidül-Əqsa”nın qapılarının ibadət etmək istəyənlər üçün mübarək Ramazan ayı da daxil olmaqla 30 gün ərzində fasiləsiz şəkildə bağlanmasını pisləyiblər.

“Məscidül-Əqsa”nın 144 hektar sahəni əhatə edən bütün ərazisinin yalnız müsəlmanlara məxsus ibadət yeri olduğu bir daha vurğulanıb. Eyni zamanda qeyd edilib ki, bu ərazinin idarə olunması İordaniyanın Vəqflər və İslam İşləri Nazirliyinə bağlı Qüds Vəqflər İdarəsi və “Məscidül-Əqsa” İşləri üzrə İdarəsinin səlahiyyətindədir.

Nazirlər tərəfindən verilən açıqlamada işğalçı qüvvə İsraili “Məscidül-Əqsa” / “Hərəm-i Şərif”in qapılarının bağlanmasına dərhal son verməyə çağırış edilib.

Açıqlamada həmçinin İsraildən işğal altındakı Şərqi Qüdsün Köhnə şəhər hissəsində tətbiq olunan giriş məhdudiyyətlərini aradan qaldırması və müsəlmanlara qoyulan qadağanın dərhal dayandırılması tələb olunub.

Yekunda isə nazirlər beynəlxalq ictimaiyyəti də müsəlman və xristianların müqəddəs məkanlarına qarşı pozuntuların dayandırılması üçün qətiyyətli mövqe nümayiş etdirməyə çağırıblar.

MƏNBƏ:TRT