TÜRKİYƏ
1 dəqiqə oxuma
İbrahim Kalın “Həmas” rəhbərliyi ilə görüş keçirib
İclasda İsrail hücumlarının dayandırılması üçün beynəlxalq fəaliyyət çağırışı edilib
İbrahim Kalın “Həmas” rəhbərliyi ilə görüş keçirib
İbrahim Kalın “Həmas” rəhbərliyi ilə görüş keçirib / Reuters

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İstanbulda “Həmas” siyasi rəhbərliyinin sədri Xəlil əl-Həyya və onu müşayiət edən heyətlə görüş keçirib. Görüşdə Qəzza üzrə sülh planının ikinci mərhələsinin tədbiqinə yönəlmiş səylər müzakirə olunub.

"Anadolu" agentliyinə istinadən bildirilir ki, iclasda sülh planının ikinci mərhələsinə keçid üçün hazırlanan yol xəritəsinə diqqət yetirilib. İştirakçılar “Həmas”ın təklifə verdiyi müsbət cavabı xüsusi vurğulayıblar.

Hər iki tərəf İsrailin əldə olunan sülh planını tədbiq etmək əvəzinə Qəzzada hərbi təcavüzünü artırmasından narahatlığını ifadə edib. Tərəflər İsrailin törətdiyi hücumları bir an əvvəl dayandırmaq üçün beynəlxalq ictimaiyyətin hərəkətə keçməsinin vacibliyini vurğulayıblar.

 

Beynəlxalq fəallıq

Görüşdə İsrail qüvvələrinin Qəzzada soyqırım törətməyə davam etməsiylə yanaşı işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə də fələstinlilərin hüquqlarının pozulması məsələsi nəzərdən keçirilib.

İştirakçılar işğal olunmuş ərazilərdə davam edən qanunsuz İsrailin məskunlaşma fəaliyyətlərini və qeyri-qanuni israilli köçkünlərin törətdiyi zorakılıq hallarını da müzakirə ediblər.

Türkiyənin həm siyasi səylər, həm də humanitar yardımları artırmağı hədəfləyən təşəbbüslərlə Qəzzaya dəstəyini bir daha təsdiqlədiyi qeyd olunur. İştirakçılar Qəzzada sülhün bərqərar olmasına kömək etmək məqsədilə Türkiyə, Qətər və Misirin birgə səylərini yenidən bəyan ediblər.

“Həmas” heyəti həmçinin Ankara administrasiyasının Qəzzada sülhün təmin edilməsi istiqamətindəki səylərinə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.

MƏNBƏ:TRT
Araşdırma
Milli Müdafiə Nazirliyi: Suriyaya dəstəyimiz davam edəcək
Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb
R.T.Ərdoğan Yunanıstanı adaları silahlandırmaqdan imtina etməyə çağırıb
Akın Gürlek yunanıstanlı həmkarı Yorqos Floridislə görüşüb
Prezident Ərdoğan Putinlə görüşüb
İstanbul sahillərində iki ticarət gəmisi toqquşub, 10 heyət üzvü itkin düşüb
Türkiyənin müdafiə sənayesi dünya nəhəngləri ilə yarışır
Nazirlər H.Fidan və Y.Gülər Pakistanın XİN rəhbəri İ.Dar ilə birlikdə Bişkekə yola düşüblər
“Məkkə Müdafiə Sazişi”nin ilk komitə iclası İstanbulda başladı
Türkiyə Silahlı Qüvvələri və Suriya ordusu əməkdaşlığı ilə Fərat çayı üzərində üzən körpü salınıb
Prezident R.T.Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində iştirak edəcək
Türkiyə ŞKTC-də batmış gəmidə həyatını itirənlər üçün başsağlığı verib
Türkiyə Daxili İşlər Nazirliyindən Girnə sahillərində batan gəmi ilə bağlı bəyanat
B.Duran 30 Avqust Zəfər Bayramı münasibəti ilə təbrik mesajı paylaşıb
Prezident R.T.Ərdoğan 30 Avqust Zəfər Bayramı münasibətilə Türkiyə xalqını təbrik edib
Türkiyə Xarici İşlər Nazirliyi İsrailin R.T.Ərdoğan haqqındakı bəyanatına kəskin reaksiya verib
Ukraynanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
Prezident R.T.Ərdoğan "Mövludi Nəbi Həftəsi" münasibətilə təşkil olunan tədbirdə çıxış edib
Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ö.Keçelidən Yunanıstan bəyanatı
Türkiyə meşə yanğınlarında insan itkisi ilə bağlı Əlcəzairə başsağlığı verib