SİYASƏT
1 dəqiqə oxuma
Pakistanda ordu ilə militantlar arasında toqquşma yaşanıb: Ölən və yaralananlar var
Şiddətli silahlı toqquşmada 13 hərbçi yaralandı, Prezident və Baş nazir əməliyyatı uğurlu adlandırdı
Pakistanda ordu ilə militantlar arasında toqquşma yaşanıb: Ölən və yaralananlar var
Pakistan / Reuters

Pakistan təhlükəsizlik qüvvələrinin terrorla mübarizə əməliyyatları çərçivəsində Xeybər Paxtunxva əyalətində həyata keçirilən əməliyyatda 19 militant zərərsizləşdirilib, yeddi pakistanlı əsgər həyatını itirib. “Dawn” qəzetinin məlumatına görə, militantlara qarşı aparılan axtarış əməliyyatı zamanı təxminən yeddi təhlükəsizlik əməkdaşı həlak olub, 13 nəfər isə yaralanıb.

Rəsmi açıqlamada bildirilib ki, dağlıq ərazidə militantların təhlükəsizlik konvoyuna pusqu qurmasının ardından şiddətli silahlı toqquşma baş verib. İnsident zamanı bir pakistanlı əsgərin də itkin düşdüyü bildirilib. Yaralıların xəstəxanaya çatdırıldığı, bölgədə genişmiqyaslı polis qüvvələrinin yerləşdirildiyi qeyd olunub.

Pakistan prezidenti Asif Əli Zərdari və Baş nazir Şahbaz Şərif təhlükəsizlik qüvvələrini 19 militantın zərərsizləşdirildiyi uğurlu əməliyyata görə təbrik ediblər. Ölkə başçısı A.Zərdari bildirib ki, Pakistan terroru aradan qaldırmaqda qətiyyətlidir.

Baş nazir Şahbaz Şərif isə Xeybər Paxtunxvanın Mohmand, Şimali Vəziristan və Bannu rayonlarında keçirilən uğurlu əməliyyatları yüksək qiymətləndirərək bildirib ki, terrorla mübarizə ölkə tamamilə terrorçulardan təmizlənənə qədər davam edəcək.

Bildirilir ki, baş verən hadisələr Pakistan ordusunun sentyabrın 11-də açıqladığı və son iki gündə şimal-qərbdə ayrı-ayrı əməliyyatlarda 19 şübhəli militantın öldürüldüyü məlumatının ardınca baş verib.

Qeyd edək ki, Pakistanda son illərdə təhlükəsizlik qüvvələrinə qarşı hücumlar artmaqdadır. Bu hücumların məsuliyyətini isə adətən Əfqanıstan mərkəzli “Təhriki Taliban Pakistan” (TTP) qruplaşması öz üzərinə götürür. Rəsmi Kabil hökuməti isə bu ittihamları qəbul etmir.

MƏNBƏ:TRT
Araşdırma
Çin və ABŞ Rusiya ilə danışıqlarda nüvə tərksilahı məsələsini gündəmə gətirəcək
İran: Hörmüz boğazında 2 supertankerdə partlayışdan sonra yanğın baş verib
Pezeşkian: "ABŞ və İsrailin İrana qarşı hücumları 1,5 milyon ton CO2 emissiyasına səbəb olub"
İran BMT və BAEA-nı ABŞ-nin nüvə proqramı ilə bağlı 20 milyon dollarlıq təklifini pisləməyə çağırıb
BMT Baş katibi Antonio Quterreş COP31-də ölkələri "İqlim Ədaləti Sazişi"ni qəbul etməyə çağırıb
Ukrayna-Rusiya müharibəsinə son qoymaq üçün keçirilən üçtərəfli danışıqların ikinci günü başladı
"TRT-nin 18-ci Beynəlxalq Sənədli Film Mükafatları" üçün müraciətlərin qəbuluna başlanılıb
Avropa İttifaqı Şurası ilə Avropa Parlamenti İttifaqın 2027-ci il büdcəsi üzrə razılığa gəlib
Portuqaliya XİN Mark Ruttenin açıqlamasına reaksiya göstərib
İsraildəki Birgə Ərəb Siyahısı: Netanyahu tam histeriya içindədir, bəyanatları dəlilik, irqçilikdir
Prezident Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb
200-dən çox ölkənin nümayəndəsi Antalyada keçirilən COP31 sammitində bir araya gəlir
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında elektrik layihələrində əməkdaşlıq
BMT-nin Baş katibi Quterreş Türkiyəni COP31 sammiti təşkilatçılığına görə tərifləyib
Danimarka Ukraynaya hərbi və enerji sahələrində 750 milyon dollara yaxın dəstək göndərəcək