İsrail Əl-Əqsa məscidində bayram namazının qılınmasına icazə vermədi

İsrail İrana qarşı davam edən müharibə ilə bağlı təhlükəsizlik məhdudiyyətlərini əsas gətirərək işğal altındakı Şərqi Qüdsdə yerləşən Əl-Əqsa məscidində bayram namazının qılınmasını qadağan edib

By
İsrail Əl-Əqsa məscidində bayram namazının qılınmasına icazə vermədi / AP

İsrail İrana qarşı davam edən müharibə ilə bağlı təhlükəsizlik məhdudiyyətlərini əsas gətirərək işğal altındakı Şərqi Qüdsdə yerləşən Əl-Əqsa məscidində bayram namazının qılınmasını qadağan edib.

Bu qərara baxmayaraq fələstinlilər bayramı qeyd etmək üçün insanları Əl-Əqsa məscidinə ən yaxın nöqtə olan Köhnə Şəhər ərazisində toplaşmağa və namaz qılmağa çağırıblar.

Qeyd edək ki, İsrail polisi daha əvvəl Ramazan ayı ərzində tətbiq edilən qadağalara etiraz olaraq Köhnə Şəhər xaricində namaz qılan fələstinlilərə dəyənək, səs bombası və gözyaşardıcı qazla müdaxilə etmişdi. Yaşanan bu gərginlik səbəbindən işğal altındakı Şərqi Qüdsdə Ramazan bayramı bu il olduqca gərgin bir atmosferdə başlayıb.

İsrail hakimiyyəti toplaşmaq qadağasını əsas gətirərək əraziyə girişi məhdudlaşdırıb və fələstinli tacirlərin mağazalarını açmasına icazə verməyib. Hazırda bölgədə yalnız əczaxanalar və bəzi ərzaq mağazaları fəaliyyət göstərir. Təhlükəsizlik qorxusundan adını açıqlamayan tacirlər bu məhdudiyyətlərin onları ağır iqtisadi böhrana sürüklədiyini bildiriblər.