ELM VƏ TEXNOLOGİYA
2 dəqiqə oxuma
Türk alimin rəhbərliyində Günəş sistemindən kənarda həyat üçün uyğun yeni ekzoplanet kəşf edilib
Türk alimin rəhbərlik etdiyi komanda Günəş sistemindən kənarda biri həyat üçün uyğun yeni ekzoplanetlər kəşf edib
Türk alimin rəhbərliyində Günəş sistemindən kənarda həyat üçün uyğun yeni ekzoplanet kəşf edilib
Günəş sistemindən kənarda həyat üçün uyğun yeni ekzoplanet / AP
11 noyabr 2025

Komanda "TOI-5799c" də daxil olmaqla üç ulduz ətrafında planetlər müəyyən edib. Bu planetlərin atmosferi və uyğun su şəraiti ola bilər.

Türk alimi Selçuk Yalçınkayanın rəhbərlik etdiyi beynəlxalq astronomiya komandası Günəş sisteminidən kənarda dörd yeni ekzoplanet kəşf edib - bunlardan biri ulduzunun yaşayış zonasının daxili kənarında yerləşir və atmosferə malik ola bilər. Planetlər Yerdən 90 işıq ili məsafədədir.

Kəşflərə kiçik, sərin "TOI-5799" ulduzunun ətrafında fırlanan iki planet və "TOI-1743" və "TOI-6223" ətrafında hər biri bir planet daxildir. Onlar "AU Kreiken" rəsədxanası və Türkiyə Milli rəsədxanasının məlumatlarından istifadə etməklə mümkün olub.

Bu kəşflər Yalçınkayanın super Yer kürələrinin və "M" cırtdan ulduzlarının ətrafında fırlanan dörd Neptun ölçülü planetin kəşfi və təsdiqi ilə bağlı doktorluq tədqiqatının bir hissəsi idi və "Astronomy & Astrophysics" jurnalının 2025-ci ilin oktyabr sayında dərc olunub.

"TOI-5799" ətrafında kəşf edilən ekzoplanetlərdən biri olan "TOI-5799c", Yerdən 90 işıq ili məsafədə yerləşir, lakin ulduzunun yaşana bilən zonasındadır.

Yalçınkaya "Anadolu" xəbər agentliyinə bildirib ki, onların komandası tərəfindən kəşf edilən planetlər əvvəllər TESS kosmik teleskopu tərəfindən müşahidə olunub və ekzoplanet namizədləri kimi müəyyən edilib.

Teleskop kosmosdakı tranzit siqnalları 30 günlük fasilələrlə izləyir. Yerdəki tədqiqatçılar hansı ulduzun siqnal yaydığını və onun həmin ulduzdan, yoxsa yaxınlıqdakı başqa bir ulduzdan qaynaqlandığını müəyyən etmək üçün rəsədxana teleskoplarından istifadə edirlər.

Potensial yaşayış üçün uyğun şərait

Yalçınkaya bildirib ki, kəşf etdikləri planetlərdən biri olan "TOI-6223b" Neptunun ölçüsündədir, lakin ulduzuna çox yaxın olduğu üçün "isti Neptun" adlanır. Planetin radiusu Neptuna bənzər olsa da, atmosferindəki qazlar araşdırılmalıdır.

Alim qeyd edib ki, digər planet olan "TOI-1743b", Yerdən təxminən 70% böyükdür, yerüstü planetdir və ulduzuna çox yaxın və buna görə də çox isti olduğu üçün atmosferində uçucu qazları saxlaya bilmir.

Yalçınkaya bildirib ki, "TOI-5799" sistemi iki yeni ekzoplanetə ev sahibliyi edən ulduzlardan biri kimi seçilir; həm "TOI-5799b", həm də "TOI-5799c" Yerdən təxminən 70% böyükdür və ehtimal ki, yerüstüdür.

"TOI-5799b" ulduzuna yaxın orbitdə fırlandığı üçün istidir. "TOI-5799c" ulduzun yaşayış zonasındadır və hər 14 gündə bir orbitini tamamlayır.

Yalçınkaya planetin səth temperaturunun təxminən 63 dərəcə selsi olduğunu qeyd edib. O, suyun səthdə maye şəklində mövcud ola biləcəyini, lakin planetin atmosferinin öyrənilmədiyi üçün gözləniləndən daha isti və ya soyuq ola biləcəyini vurğulayıb.

Alim bildirib ki, sözügedən planetdə həyat varsa, onun atmosferində biomarkerlər müşahidə edilə və gələcək tədqiqatlar məsələni aydınlaşdıra bilər. Yalçınkayanın sözlərinə görə, bir çox planetdə həyat mövcud ola bilər, lakin "TOI-5799c"-də həyat varsa, onu aşkar etmək mümkündür.