SİYASƏT
2 dəqiqə oxuma
V.Zelenski və H.Fidan bir sıra məsələləri müzakirə etmək üçün Suriyaya səfər edib
Bundan əvvəl isə Prezident V.Zelenski ötən həftə Yaxın Şərq turu çərçivəsində Qətər və Səudiyyə Ərəbistanını ziyarət etmişdi
V.Zelenski və H.Fidan bir sıra məsələləri müzakirə etmək üçün Suriyaya səfər edib
V.Zelenski və H.Fidan bir sıra məsələləri müzakirə etmək üçün Suriyaya səfər edib / Others
6 aprel 2026

Ukrayna prezidenti Volodimir Zelenski aprelin 5-də Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə birlikdə Suriyanın paytaxtı Dəməşqə səfər edib. Prezident V.Zelenskinin Suriya lideri Əhməd əş-Şəra ilə görüşünün baş tutduğu bildirib.

Bu səfər V.Zelenskinin aprelin 4-də Türkiyəyə gelişindən və ötən həftə Körfəz ölkələrində keçirdiyi görüşlərdən dərhal sonra baş verib. Bildirilir ki, V.Zelenski bu təmaslar çərçivəsində hava hücumundan müdafiə raketləri qarşılığında Ukraynanın pilotsuz uçuş aparatları üzrə təcrübəsini paylaşmağı və yeni təhlükəsizlik razılaşmaları imzalamağı hədəfləyir.

Prezident V.Zelenski sosial media hesabında paylaşım edərək deyib: “Bizi mühüm görüşlər gözləyir. Hər bir xalq və hər bir region sülh şəraitində yaşamaq haqqına malikdir.”

Səfərlə bağlı verilən məlumatda qeyd edilir ki, tərəflər arası görüşdə ölkələrarası əməkdaşlıq və regiondakı təhlükəsizlik məsələlərinə yer verilib.

Suriyanın rəsmi xəbər agentliyi SANA isə Suriya xarici işlər naziri Əsəd əş-Şeybani tərəfindən V.Zelenski və H.Fidanın Dəməşq hava limanında qarşılandığını əks etdirən foto şəkillər yayımlayıb.

Qeyd edək ki, hər gün fasiləsiz davam edən Rusiyaya məxsus pilotsuz uçuş aparatları (PUA) və raket hücumlarına görə, Ukraynanın ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemlərinə təcili ehtiyacı olduğu bildirilir. Lakin Yaxın Şərqdə davam edən müharibə səbəbindən bu təchizatın azalması ilə bağlı narahatlıqlar mövcuddur.

Rəsmi Kiyev bu səbəbdən Rusiya pilotsuz uçuş aparatlarına qarşı əldə etdiyi müdafiə təcrübəsindən üstünlük kimi istifadə etməyə çalışaraq Körfəz ölkələri ilə qazandıqları təcrübəni paylaşmaq niyyətindədir. Buna görə də V.Zelenski ötən həftə həyata keçirdiyi Yaxın Şərq turu çərçivəsində Qətər və Səudiyyə Ərəbistanı ilə müdafiə sahəsində razılaşmalar imzalayıb.

Xatırladaq ki, Rusiya hökuməti Suriyada 14 il davam edən vətəndaş müharibəsi dövründə hazırda Moskvada sürgündə olan keçmiş prezident Bəşər Əsədin əsas müttəfiqi olub. Lakin Suriyanın yeni lideri Əhməd əş-Şəra rəsmi Moskva ilə daha balanslı münasibətlər aparmağa çalışır. O, yanvar ayında Rusiya prezidenti Vladimir Putin ilə görüşsə də, indiyədək Rusiyadan Suriya ərazisindəki hərbi bazalarını tərk etməyi tələb etməyib.

MƏNBƏ:TRT
Araşdırma
Fələstin XİN başçısı: "İsrailə qarşı qlobal münasibət köklü şəkildə dəyişib"
WSJ: ''Səudiyyə Ərəbistanı ABŞ-yə Hörmüz boğazındakı blokadanı qaldırması üçün təzyiq edir''
ABŞ İrana uranın zənginləşdirilməsini 20 il müddətinə dayandırmasını təklif edib
İran beş ərəb ölkəsindən təzminat istəyib
Vens: "Pakistandakı İran danışıqlarında 'ciddi irəliləyiş' əldə olundu"
İsrail Livanın cənubunda "bufer zona"nın yaradılmasını təklif edib
Kansler Fridrix Merts Fələstin ərazilərindəki mövcud vəziyyətdən narahatlığını ifadə edib
İran Hörmüz boğazındakı gərginlik səbəbindən Körfəz limanlarının təhlükəsiz olmayacağını bildirdi
Donald Tramp İrana qarşı yeni hərbi əməliyyatları nəzərdən keçirir
ABŞ və İran arasında İslamabadda keçirilən sülh danışıqları uğursuzluqla nəticələnib
İran ilə ABŞ arasındakı danışıqlar prosesi başa çatdı
ABŞ İran müharibəsinə dəstək verməyən bəzi NATO ölkələrindəki hərbçilərini geri çəkəcək
Zelenski İran PUA-larını vurduqlarını iddia etdi, Rusiya neftinə sanksiya tətbiq olunmasını istədi
ABŞ İsrail-Livan sülh danışıqlarına ev sahibliyi edəcək
Rusiya Pasxa bayramı ilə əlaqədar Ukrayna ilə müvəqqəti atəşkəs elan edib
Burhanəddin Duran:''NATO müasir reallıqlara uyğunlaşmalıdır''
Donald Tramp: ''ABŞ qüvvələri İran və ətrafında hərbi mövcudluğunu davam etdirəcək''
Pakistan İsrailin Livana hücumlarını qəti şəkildə pisləyib
İsrail müxalifəti B.Netanyahunu tənqid atəşinə tutub
ABŞ–İran atəşkəs razılaşmasından sonra gələn qlobal reaksiyalar