TÜRKİYƏ
2 dəqiqə oxuma
Türkiyə İsrailin cinayətləri ört-basdır etmək üçün 1915-ci il hadisələrindən istifadəsini qınadı
Rəsmi Ankara bu addımın diqqəti İsrailin fələstinlilərə qarşı törətdiyi cinayətlərdən başqa tərəfə yayındırmağı hədəflədiyini və əslində Netanyahunun üzərində...
Türkiyə İsrailin cinayətləri ört-basdır etmək üçün 1915-ci il hadisələrindən istifadəsini qınadı
Ttürkiyə Xarici İşlər Nazirliyi / Public domain

Rəsmi Ankara bu addımın diqqəti İsrailin fələstinlilərə qarşı törətdiyi cinayətlərdən başqa tərəfə yönəltməyi hədəflədiyini və əslində Netanyahunun üzərində onsuz da mövcud olan təzyiqi əks etdirdiyini bildirib.

Türkiyə İsrailin 1915-ci il hadisələrini tanımaq qərarını qınayaraq, bu qərarı fələstinlilərə qarşı törətdiyi cinayətləri ört-basdır etməyi hədəfləyən siyasi həmlə kimi qiymətləndirib.

Türkiyə Xarici İşlər Nazirliyi iyunun 28-də verdiyi açıqlamada “Bütün dünyanın gözü qarşısında Fələstin xalqına qarşı sistematik zülm tətbiq edən və Beynəlxalq Ədalət Məhkəməsində qəzzalılara qarşı soyqırımı törətmək ittihamı ilə mühakimə olunan İsrail hökuməti 1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi siyasi qərarla öz cinayətlərini ört-basdır etməyi hədəfləyir”, -deyə bildirib.

Nazirlik bu qərarın hüquqi və tarixi həqiqətlərə məhəl qoymadığını və Qəzzadakı fələstinlilərə qarşı törədilən cinayətlərlə əlaqədar olaraq Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən barəsində həbs qərarı çıxarılan Netanyahu və tərəfdarları üzərindəki təzyiqi əks etdirdiyini vurğulayıb.

Türkiyə “İsrailin regiondakı ekspansionist və sabitliyi pozan siyasətinə” son qoymaq üçün işləməyə davam edəcəyini, eyni zamanda “Fələstin xalqı başda olmaqla mülki şəxslərə qarşı törətdiyi cinayətlərə” görə Netanyahu hökumətinin cavab verməsi üçün də səy göstərəcəyini açıqlayıb.

Hər iki tərəfin də ağrı-acı çəkdiyi bir faciə

Qeyd edək ki, 1915-ci il hadisələrinin qondarma “soyqırımı” kimi tanınmasına etiraz edən Türkiyə bunları hər iki tərəfin də itkilər verdiyi bir faciə kimi xarakterizə edir.

Rəsmi Ankara indiyə qədər dəfələrlə bu məsələni araşdırmaq üçün Türkiyə və Ermənistandan olan tarixçilər ilə beynəlxalq ekspertlərdən ibarət müştərək komissiyanın yaradılmasını təklif edib.

2014-cü ildə dövrün baş naziri olan və hazırda da prezident vəzifəsini icra edən Rəcəb Tayyib Ərdoğan 1915-ci il hadisələrində həyatını itirən ermənilərin nəvələrinə başsağlığı vermişdi.

İsrail 2023-cü ilin oktyabr ayından bəri Qəzzada təxminən 73 min fələstinlini öldürüb və 173 mindən çox insanı yaralayıb. Soyqırımı regiondakı mülki infrastrukturun böyük bir hissəsini məhv edərkən, humanitar şərait hələ də ağır olaraq qalır.

Beynəlxalq Cinayət Məhkəməsi 21 noyabr 2024-cü il tarixində Qəzzada törədilən müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlər səbəbindən Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant haqqında həbs qərarı çıxarıb.

İsrail, həmçinin Fələstinə qarşı apardığı müharibə səbəbindən Beynəlxalq Ədalət Məhkəməsində soyqırımı iddiası ilə qarşı-qarşıyadır.

Araşdırma
İstanbulda "İradə bizimdir, zəfər bizimdir" şüarı ilə yürüş təşkil edilib
İ.Əliyev həmkarı R.T.Ərdoğana Demokratiya və Milli Birlik Günü münasibətilə məktub ünvanlayıb
Türkiyənin müdafiə sənayesi sahəsində əldə etdiyi uğurlar
Rəcəb Tayyib Ərdoğan: "Xalqımız ölkəmizə qarşı qurulan bütün oyunları puça çıxardı"
Türkiyə Polis İdarəsi 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə videoçarx hazırlayıb
Türkiyə Səudiyyə Ərəbistanına edilən raket hücumuna reaksiya göstərib
15 iyul 2016-cı ildə nələr baş verdi?
Hakan Fidan Ukrayna üzrə “Könüllülər koalisiyası”nın sammitinə qatılıb
Prezident Rəcəb Tayyib Ərdoğan Qətərə səfər edəcək
Cevdet Yılmaz:''Dövlətimizin bütün qurumları bu ağır sınaqdan lazımi dərsləri çıxarıb''
Türkiyə və Misir müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalayıb
FETÖ nə mənaya gəlir?
Türkiyə ictimaiyyəti “ByLock” tətbiqindən ilk dəfə 15 iyul çevriliş cəhdi zamanı xəbər tutdu
MİT DEAŞ-ın qondarma başçılarından Talip Güləri yaxalayıb
Türkiyə Dəməşqdə Suriya Xalq Məclisinin ilk sessiyasını alqışlayıb
Hakan Fidan Parisdə keçiriləcək Ukrayna sammitində iştirak edəcək
MİT 1950-ci ildə şəhid olan təşkilat əməkdaşı Arif Nəcib Kaşkatının fotoşəklini paylaşdı
Rəcəb Tayyib Ərdoğan Srebrenitsa soyqırımı qurbanlarının xatirəsini yad edib
Hakan Fidan gündəmdəki aktual məsələlərlə bağlı mühüm açıqlamalar verib
Türkiyə XİN Avropa Parlamentində qəbul olunan qərara reaksiya verdi