Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan ilə Rusiya dövlət başçısı Vladimir Putin arasında telefonla danışığı keçirilib. Bu barədə oktyabrın 7-də Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən məlumat verilib. Açıqlamada bildirilir ki, görüşdə ikitərəfli münasibətlər, eləcə də bir çox regional və qlobal məsələlər müzakirə olunub.
"NSosyal" hesabı vasitəsi ilə yayımlanan bəyanata əsasən, ölkə başçısı R.T.Ərdoğan Qara dənizdə gəmilərin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Türkiyə dövləti Rusiya ilə Ukrayna arasında birbaşa təmasları dəstəkləyir
Prezident R.T.Ərdoğan Türkiyənin Rusiya ilə Ukrayna arasında birbaşa əlaqələrin qurulmasına töhfə verməyə hazır olduğunu bildirib. O, rəsmi Ankaranın iki tərəf arasında gələcəkdə mümkün vasitəçilik rolunu bir daha xatırladıb.
Liderlər həmçinin ikitərəfli əlaqələr, eləcə də daha geniş regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi aparıblar. Lakin verilən bəyanatda müzakirə olunan mövzularla bağlı ətraflı məlumat verilməyib.
Keçirilən telefon danışığında dövlət başçısı R.T.Ərdoğan V.Putini hem ad günü, həm də partiyasının Duma seçkilərində qazandığı uğur münasibətilə təbrik edib.















