TÜRKİYƏ
1 dəqiqə oxuma
Türkiyə-Azərbaycan Birgə Media Platformasının İşçi Komissiyası yaradılacaq
Martın 27-də İstanbulda Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən 5-ci dəfə təşkil edilən Beynəlxalq Strateji Kommunikasiya Sammiti çərçivəsində Türkiyə ilə Azərbaycan arasında mühüm sənəd imzalanıb
Türkiyə-Azərbaycan Birgə Media Platformasının İşçi Komissiyası yaradılacaq
Türkiyə-Azərbaycan Birgə Media Platformasının İşçi Komissiyası yaradılacaq / TRT Azerbaycan
14 saat əvvəl

Martın 27-də İstanbulda Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən 5-ci dəfə təşkil edilən Beynəlxalq Strateji Kommunikasiya Sammiti (STRATCOM 2026) çərçivəsində Türkiyə ilə Azərbaycan arasında mühüm sənəd imzalanıb. "Türkiyə-Azərbaycan Birgə Media Platforması çərçivəsində Birgə İşçi Komissiyalarının və Komitələrinin yaradılması haqqında Anlaşma Memorandumu"nu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri, professor Burhanəddin Duran və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov imzalayıblar.

Yeni memorandum iki ölkə arasında rəqəmsal və sosial media, audiovizual yayım, strateji kommunikasiya və böhranların idarə olunması sahələrində mövcud əməkdaşlığın daha da dərinləşdirilməsini nəzərdə tutur. Sənədə əsasən, Türkiyə-Azərbaycan Birgə Media Platforması daxilində fəaliyyət göstərəcək xüsusi işçi komissiyaları və daimi komitələr yaradılacaq.

Xatırladaq ki, Türkiyə-Azərbaycan Birgə Media Platforması Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci il dekabrın 10-da Azərbaycana səfəri zamanı imzalanmış "Media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu" əsasında yaradılıb. Platformanın əsas məqsədi iki qardaş ölkənin media qurumları arasında inteqrasiyanı gücləndirmək, ictimaiyyətin dəqiq məlumatlandırılmasını təmin etmək və beynəlxalq müstəvidə dezinformasiyaya qarşı birgə mübarizə aparmaqdır.