TÜRKİYƏ
1 dəqiqə oxuma
"Türkiyə İqlim Məktəbi"ndə iqlim dəyişikliyi ilə bağlı təhsil təcrübələri müzakirə olunub
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində Türkiyə Milli Təhsil Nazirliyi (MEB) tərəfindən Antalyada yaradılan "Türkiyə İqlim Məktəbi"ndə iqlim dəyişikliyi mövzusunda panellər təşkil olunub
"Türkiyə İqlim Məktəbi"ndə iqlim dəyişikliyi ilə bağlı təhsil təcrübələri müzakirə olunub
"Türkiyə İqlim Məktəbi"ndə iqlim dəyişikliyi ilə bağlı təhsil təcrübələri müzakirə olunub / TRT Azerbaycan

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində Türkiyə Milli Təhsil Nazirliyi (MEB) tərəfindən Antalyada yaradılan "Türkiyə İqlim Məktəbi"ndə iqlim dəyişikliyi və təbii fəlakət risklərinin azaldılması mövzusunda panellər və praktiki seminarlar təşkil olunub.

Nazirliyin məlumatına görə, AFAD-ın Təhsil və Maarifləndirmə şöbəsinin müdiri, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) Türkiyədəki ofisinin rəhbəri və beynəlxalq alimlərin iştirakı ilə keçirilən paneldə təbii fəlakətlərə qarşı hazırlığın artırılmasında təhsilin rolu müzakirə edilib. Qeyd olunub ki, iqlim böhranı fiziki infrastrukturla yanaşı, cəmiyyətlərin sosial-iqtisadi quruluşunu və fasiləsiz təhsil hüququnu da birbaşa təhdid edir. Çıxışçılar Türkiyə, Yaponiya və Çin nümunələri əsasında məlumatlılığın real fəaliyyətə çevrilməsi üçün tədris planlarından qurumlararası əməkdaşlığa qədər inteqrasiya olunmuş yanaşmanın vacibliyini vurğulayıblar.

Tədbir çərçivəsində təşkil edilən "Hamı üçün yaşıl bacarıqlar" və "COP31 gənclərin gəsləri" panellərində isə enerji səmərəliliyi, sıfır tullantı, ömür boyu öyrənmə və gənclərin iqlim mübarizəsindəki rolu ətrafında fikir mübadiləsi aparılıb.

Məktəb ərazisində şagirdlərin bərpa olunan enerji layihələri nümayiş etdirilib, həmçinin eroziya simulyatoru və "Səhralaşmanı dayandırın, torpağı qoruyun" tədbiri keçirilib.