TÜRKİYƏ
1 dəqiqə oxuma
İstanbul Hava Limanı gündəlik 1384 uçuşla Avropada zirvədədir
Sabiha Gökçən Hava Limanı isə 774 uçuşla 10-cu olub
İstanbul Hava Limanı gündəlik 1384 uçuşla Avropada zirvədədir
İstanbul Hava Limanı / AA Archive

Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı (EUROCONTROL) tərəfindən dərc olunan "Avropa Aviasiyasına Ümumi Baxış Hesabatı"nda 2026-cı il 2-8 noyabr tarixinə dair hava nəqliyyatı statistikasına yer verilib.

Hesabata əsasən, İstanbul Hava Limanı bu dövrdə gündəlik orta hesabla 1384 uçuşla Avropanın ən çox səyahət edilən hava limanı olub.

İstanbul Hava Limanını gündəlik 1292 uçuşla Madrid, 1274 uçuşla Amsterdam, 1260 uçuşla Paris “Şarl de Qoll” və 1257 uçuşla London “Hitrou” hava limanları izləyib.

Gündəlik 774 uçuşun həyata keçirildiyi İstanbul Sabiha Gökçən Beynəlxalq Hava Limanı da Avropanın ən sıx 10-cu hava limanı kimi müəyyən edilib.

MƏNBƏ:TRT