TÜRKİYƏ
2 dəqiqə oxuma
COP31 sədri M.Kurum Antalyada keçrilən tədbirin əsas məqsədi haqqında danışdı
Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, eləcə də COP31 sədri M.Kurum ölkələrin inkişaf hüququnu qoruyan ədalətli bir sistem qurmağın vacibliyini bildirib
COP31 sədri M.Kurum Antalyada keçrilən tədbirin əsas məqsədi haqqında danışdı
COP31 sədri M.Kurum Antalyada keçrilən tədbirin əsas məqsədi haqqında danışdı / Anadolu Agency (Wire)

COP31 sədri və ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum "Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Çərçivəsində Parlamentlərarası Toplantısı"nda çıxış edib. O, COP31-in ilk həftəsini geridə qoyduqlarını və Antalyada intensiv diplomatiya yürütdüklərini vurğulayıb. Nazir bu çərçivədə dövlət və hökumət başçılarını, nazirləri, beynəlxalq təşkilatları, iş dünyasını, elm adamlarını, gəncləri və vətəndaş cəmiyyətini bir araya gətirdiklərini diqqətə çatdırıb.

Dünyanın hər bir ölkəsində imkanların eyni səviyyədə olmadığına diqqət çəkən M.Kurum ölkələrin inkişaf yollarının, enerji sistemlərinin, maliyyəyə çıxış imkanlarının və üzləşdikləri iqlim risklərinin bir-birindən fərqləndiyini qeyd edib.

Bütün bu fərqliliklərə məhəl qoymadan ortaq bir gələcək qurmağın mümkün olmadığını vurğulayan nazir fikirlərini belə davam etdirib:

"Əvvəlcə bir-birimizi başa düşməli, sonra ortaq bir istiqamət tapmalıyıq. Hər bir ölkənin öz şəraiti, öz imkanı və öz inkişaf yolu var. Lakin övladlarımızın yaşayacağı dünya ortaqdır. Suyun təhlükəsizliyi ortaqdır. Şəhərlərimizin davamlılığı, qidanın gələcəyi və fəlakətlər qarşısında insan həyatını qorumaq məsuliyyətimiz ortaqdır. Fərqli yollardan irəliləyərək ortaq bir istiqamət müəyyənləşdirə bilərik. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın Liderlər Zirvəsində etdiyi ədalətli keçid çağırışının əsasında da məhz bu yanaşma dayanır. Ölkələrin inkişaf hüququnu qoruyan, maliyyəni ehtiyac olan yerə çatdıran və transformasiyanın yükünü ədalətlə bölüşdürən bir sistem qurmalıyıq. Biz "İcra COP-u" deyərkən məhz bunu nəzərdə tuturuq. Antalyada danışılanların konfrans zallarında qalmasını istəmirik. Hədəflərin layihəyə, maliyyəyə, qanunvericiliyə və insanların həyatında hiss olunan real nəticələrə çevrilməsini istəyirik".

MƏNBƏ:TRT