COP31 Sammitinə ev sahibliyi edən Antalyadakı Mavi Zonada qeydiyyatdan keçənlərin sayı 102 min 610 nəfərə çatıb. Yaşıl Zonanı isə 6 gün ərzində 221 min 326 nəfər ziyarət edib.
COP31 cəmi 6 gün ərzində 2024-cü ildə Bakıda Azərbaycanın ev sahibliyi ilə keçirilən COP29-un iştirakçı sayını geridə qoyub.
TÖVSİYƏ EDİLƏN
Türkiyə 6-cı günündə 2023-cü ildə Dubayın ev sahibliyi ilə təşkil olunan və indiyədək ən yüksək göstərici hesab edilən 112 min 724 nəfərlik iştirakçı sayına da yaxınlaşıb.
Hər günün mövzusuna uyğun olaraq Mavi Zonada danışıqlar aparılarkən, Yaşıl Zonada isə Türkiyənin "Sıfır Tullantı" başda olmaqla bir çox brend layihəsi dünyaya nümayiş etdirilir.




























