SİYASƏT
2 dəqiqə oxuma
Tanzaniyada Samia Hasan qələbəsini elan edib, yüzlərlə insanın öldürüldüyü bildirilir
Tanzaniyada başverən zorakılıq, internetin kəsilməsi və müxalifətin kütləvi qətllər barədə iddiaları fonunda S.Hasan prezident seçkilərində böyük qələbə qazandığını bəyan edib
Tanzaniyada Samia Hasan qələbəsini elan edib, yüzlərlə insanın öldürüldüyü bildirilir
Tanzaniyada S.Hasan qələbəsini elan edib, yüzlərlə insanın öldürüldüyü bildirilir / Reuters

Noyabrın 1-də (bu gün) açıqlanan ilkin nəticələrə görə, dövlət televiziyasında yayımlanan məlumatlarda Samia Suluhu Hasanın hər seçki dairəsində səslərin 95 faizindən çoxunu topladığı bildirilib. Yekun nəticələrin bir neçə saat ərzində açıqlanacağı, prezidentin isə gün ərzində and içəcəyi qeyd olunub.

Ölkənin əsas müxalifət partiyası olan “Chadema”nın verdiyi açıqlamada bildirilib ki, oktyabrın 29-u səsvermə günündən bəri baş verən etirazlar zamanı təhlükəsizlik qüvvələri yüzlərlə insanı öldürüb. Həmçinin məsələ ilə bağlı BMT “ölüm və yaralanma halları ilə bağlı məlumatlardan” narahatlığını ifadə edib.

“Chadema”nın sözçüsü AFP-yə bildirib ki, xəstəxana və klinikalardan əldə edilən məlumatlara əsasən, təxminən 700 nəfər öldürülüb. Dar-əs-Səlamdakı təhlükəsizlik mənbələri və bir diplomat da ölənlərin sayının “yüzlərlə” olduğunu təsdiqləyib.

Hakimiyyət interneti kəsib, ölkə üzrə komendant saatı elan edib və jurnalistlərin fəaliyyətinə məhdudiyyətlər qoyulub. Bu səbəbdən hadisələri müstəqil şəkildə yoxlamaq çətinləşib.

Hökumət isə həddən artıq güc tətbiqi iddialarını rədd edir. Xarici işlər naziri Mahmud Thabit Kombo “Əl-Cəzirə” telekanalına bildirib ki, ölənlər və yaralananlarla bağlı rəsmi məlumat yoxdur.

Qeyd edək ki, hüquq-müdafiə təşkilatlarının məlumatına görə, seçki qabağı müxalifət nümayəndələrinə qarşı həbslər və təzyiqlər baş verib. “Chadema” partiyasının seçkilərdə iştirakına icazə verilməyib, partiya lideri isə hazırda dövlətə xəyanətdə ittiham olunaraq məhkəmə qarşısındadır.

İctimai narazılığın böyük hissəsi prezidentin oğlu, Əbdülhalim Hafiz Ameir üzərində cəmlənib. Müxalifət onu etirazların zorakılıqla yatırılmasına rəhbərlik etməkdə ittiham edir.

Siyasi analitiklər hesab edirlər ki, 2021-ci ildə sələfi Con Maqufulinin ölümündən sonra hakimiyyətə gələn Samia Suluhu Hasan son seçkilərlə partiya daxilində nəzarəti tam ələ almaq və daxili müxalifəti neytrallaşdırmaq məqsədi güdür.

Silahlı qüvvələrin baş qərargah rəisi Ceykob Mkunda oktyabrın 30-da etirazçıları “cinayətkar” adlandıraraq prezidentə dəstəyini ifadə edib.

MƏNBƏ:TRT
Araşdırma
D.Tusk:"Avropa ölkələrinin birliyini qorumağa davam edəcəyik"
ABŞ-nin dövlət katibi Marko Rubio Yaxın Şərq ölkələrinə səfər edəcək
Abbas Əraqçi:"Pakistan və Qətərin vasitəçiliyi ilə aparılan danışıqlarda irəliləyiş əldə olunub"
NATO-ya üzv ölkələrin parlament sədrləri İstanbulda görüşəcək
Avropa İttifaqı Yunanıstana Türkiyə ilə bağlı xəbərdarlıq etdi
Hakan Fidan gündəmdəki aktual mövzuları qiymətləndirib
Rusiya Prezidenti Vladimir Putin Hakan Fidanı qəbul edib
Rusiya Kiyevi hədəf alıb
D.Tramp Livanla bağlı B.Netanyahuya xəbərdarlıq etdi
D.Tramp və V.Zelenski Fransada keçirilən G7 sammiti çərçivəsində bir araya gəliblər
Hakan Fidan:"Türkiyə Ukrayna məsələsinin həll edilməsi üçün hər cür dəstəyi verməyə davam edəcək"
Rusiya:''Kiyevlə rəsmi əlaqə kanalları mövcud deyil''
ABŞ-İran arasında müzakirə edilən sülh sazişinin maddələri məlum olub
ABŞ və İran arasındaki danışıqlar prosesinin yeni mərhələsinə keçid edilib
V.Putin Ukraynanın təşkil etdiyi hücumların ölkə iqtisadiyyatına ziyan vurduğunu etiraf edib
Trampın "İran ilə böyük saziş" iddiasına Tehrandan "hələ dəqiq qərar verilməyib" cavabı
Mark Karni Türkiyəni regionun ən vacib strateji tərəfdaşı adlandırdı
ABŞ NATO-nun Avropadakı əməliyyatlarına hərbi dəstəyi azaltmağı planlaşdırır
Hakan Fidan: ''ABŞ və İrana danışıqları davam etdirməyi tövsiyə edirik''
Türkiyə MN:''Şimali Kipr Türk Respublikasının hüquq və maraqlarını müdafiə etməyə davam edəcəyik"