Almaniya İsrailə hərbi texnika ixracını müvəqqəti dayandırır

Almaniya kansleri bildirib ki, rəsmi Berlin mühasirə altındakı Fələstin torpaqlarındakı dinc əhalinin çəkdiyi əziyyətə görə narahatdır

/ Reuters

Almaniya kansleri Fridrix Merts bəyan edib ki, Almaniya İsrailin Qəzzada hərbi əməliyyatlarını genişləndirmək planına cavab olaraq bu ölkəyə hərbi texnika ixracına icazə verməyəcək.

Merts verdiyi açıqlamada israilli girovların azad edilməsini və atəşkəs danışıqlarını Almaniyanın əsas prioritetləri kimi qeyd edib. O, Qəzzada dinc əhalinin əziyyət çəkməsindən dərin narahatlığını ifadə edib.