TÜRKİYƏ
2 dəqiqə oxuma
Hakan Fidan: "Son Rusiya-Ukrayna danışıqları sülhə doğru bir addımdır"
Hakan Fidan "Danışıqların daha konstruktiv və nəticəyönümlü istiqamətdə irəlilədiyini müşahidə etməkdən məmnunuq" deyib
Hakan Fidan: "Son Rusiya-Ukrayna danışıqları sülhə doğru bir addımdır"
Hakan Fidan
24 iyul 2025

Türkiyənin vasitəçi rolunu vurğulayan Hakan Fidan "Danışıqların daha konstruktiv və nəticəyönümlü istiqamətdə irəlilədiyini müşahidə etməkdən məmnunuq" deyib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan iyulun 23-də verdiyi açıqlamada Rusiya və Ukrayna arasında İstanbulda keçirilən son danışıqların müharibənin sona çatması istiqamətində daha bir addım olduğunu bildirib və deyib: "Hər yeni nailiyyət tərəfləri sülhə bir addım daha yaxınlaşdırır".

Fidan Türkiyənin ev sahibliyi ilə keçirilən birbaşa danışıqların üçüncü raundundan sonra hər iki tərəfdən ən azı 1200 hərbi əsirin mübadiləsinə dair razılıq əldə edildiyini və uşaqların da daxil olduğu mülki şəxslərin öz ölkələrinə qayıtması üçün əlavə addımların atıldığını bildirib.

"Biz danışıqların daha konstruktiv və nəticəyönümlü istiqamətdə getdiyini müşahidə etməkdən məmnunuq", - deyən Fidan Türkiyənin vasitəçi rolunu vurğulayıb.

H.Fidan atəşkəslə bağlı texniki danışıqların intensivləşdirilməsi və mövqelərinin yaxınlaşması üçün mümkün addımları müzakirə etdiklərini, siyasi, humanitar və hərbi məsələlər üzrə işçi qruplarının yaradılması ideyasını araşdırmaq qərarına gəldiklərini bildirib.

Nazir "Danışıqlar tərəflərin həll istiqamətində ortaq iradəsinin qurulmasına bir addım da əlavə etdi. Danışıqlar səbirlə aparılmalı olan bir prosesdir. Hər yeni nailiyyət tərəfləri sülhə raha bir addım yaxınlaşdırır" deyib.

Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov isə bildirib ki, Kiyev avqustun sonuna qədər prezidentlər səviyyəsində görüşün keçirilməsini təklif edib və Türkiyəyə yardımçı roluna görə təşəkkür edib.

Ukrayna ayrıca olaraq qeyd-şərtsiz atəşkəsə hazır olduğunu bəyan edib.

Rusiya tərəfində danışıqlar aparan Vladimir Medinski əsirlərin mübadiləsini təsdiqləyib və yaralıların təxliyəsi və əsgərlərin meyitlərinin qaytarılması üçün qısamüddətli atəşkəs təklif edib.

Medinski bəyan edib ki, Moskva ukraynalı uşaqların geri qaytarılması üçün siyahını nəzərdən keçirir və danışıqların dördüncü raunduna açıqdır.

Araşdırma
Böyük Britaniyanın Ankaradakı səfiri: "Türkiyənin Suriyadakı hadisələrdəki rolu çox kritikdir"
Türkiyə BMT TŞ-nin Suriya Prezidenti və DİN rəhbərini sanksiya siyahısından çıxarmasını alqışladı
Türkiyə Qəzzada humanitar yardımın kifayət səviyyədə olmadığını bildirdi
Türkiyənin XİN rəhbəri Hakan Fidan Finlandiyaya səfər edib
H.Fidan:''Türkiyənin Qəzzaya qoşun göndərməsi BMT Təhlükəsizlik Şurasının qərarından asılı olacaq''
R.T.Ərdoğan: ''İƏT Suriyanın iqtisadi inkişafına dəstək məqsədilə xüsusi proqram başladıb”
Ərdoğan Əl-Faşerdə mülki əhaliyə qarşı törədilən qırğınları pisləyib
H.Fidan ədalətli qlobal nizam çağırışı etdi
Cevdet Yılmaz: "Türkiyə müdafiə sənayesində güzəştə getməyəcək"
Türkiyənin Monteneqrodakı səfiri Podqoritsadakı hücuma münasibət bildirib
''TRT World Forum 2025'' oktyabrın 31-də öz işinə başlayacaq
Türkiyə Sudana çağırış etdi
Türkiyə XİN:''Qəzzada atəşkəs açıq şəkildə pozulub''
Rәcәb Tayyib Әrdoğan Cümhuriyyәtin qurulmasının 102-ci ildönümü münasibәtilә bәyanat yaydı
''Altay'' tankları Türkiyə Silahlı Qüvvələrinə təhvil verilir
Türkiyənin qərbində 6,1 bal gücündə zəlzələ baş verib
Böyük Britaniyanın Baş naziri Türkiyədə səfərdədir
R.T.Ərdoğan:''Türkiyə sülhə əsaslanan siyasət yürütməyə davam edəcək''
Ərdoğan: "HƏMAS-ın əməl etdiyi atəşkəs qərarını İsrail pozmağa davam edir"
Prezident R.T.Ərdoğan Körfəz turunu yekunlaşdırıb