TÜRKİYƏ
3 dəqiqə oxuma
Prezident R.T.Ərdoğan TRT-ni 62-ci ildönümü münaibəti ilə təbrik edib
Dövlət başçısı R.T.Ərdoğan TRT-nin 40-dan çox dildə yayım həyata keçirməsini və həqiqət yönümlü fəaliyyətini tərifləyib
Prezident R.T.Ərdoğan TRT-ni 62-ci ildönümü münaibəti ilə təbrik edib
Prezident R.T.Ərdoğan TRT-nin 62-ci ildönümünü qeyd edib / TRT World and Agencies

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 1-də Türkiyə Radio və Televiziya Qurumunu (TRT) 62-ci ildönümünü münasibəti ilə təbrik edib. Dövlət rəhbəri R.T.Ərdoğan ictimai yayım orqanının qlobal mediada gördüyü işlərin əhəmiyyətinə işarə edərək artan dezinformasiyaya qarşı güclü amil kimi qiymətləndirib.

TRT-nin baş direktoru Mehmet Zahid Sobacıya ünvanladığı təbrik mesajında ölkə başçısı R.T.Ərdoğan bildirib ki, TRT çoxdilli yayımlarını gücləndirib və rəqəmsal platformalara uyğunlaşaraq “ölkəmizin səsi” və “millətimizin yaddaşı” olmağa davam edir.

Prezident Ərdoğan yayımladığı təbrik mesajında deyilir:

“Yarandığı gündən etibarən ictimai yayımçılıq məsuliyyətini layiqincə yerinə yetirməyə çalışan Türkiyə Radio və Televiziya Qurumunun 62-ci ildönümünü ən səmimi şəkildə təbrik edirəm.

Texnologiyadakı inkişaflara uyğun olaraq yayım keyfiyyətini hər gün artıran və fəaliyyət sahəsini genişləndirən TRT bu gün də bütün kanalları və çoxdilli yayımları ilə radio və televiziya yayımı sahəsində qabaqcıl qurumumuzdur. Dəyişən izləmə və dinləmə vərdişlərinə, rəqəmsal dünyaya uğurla uyğunlaşan TRT ölkəmizin səsi, millətimizin yaddaşı və məsuliyyətli yayımçılığın öncüsü olma xüsusiyyətini qətiyyətlə davam etdirir.

“Türkiyə yüz ili” vizyonumuzu yayım sahəsinə daşıyan TRT-nin ölkəmizin haqlı mövqelərini və apardığımız ədalət mübarizəsini beynəlxalq ictimaiyyətə daha güclü şəkildə çatdırmaq istiqamətində üzərinə götürdüyü rol böyük əhəmiyyət daşıyır. Qlobal miqyasda artan dezinformasiyaya qarşı həqiqəti əsas götürən yayım anlayışı ilə beynəlxalq mediada mühüm mənbəyə çevrilən TRT-nin bu gün çatdığı səviyyə millətimiz üçün iftixar mənbəyidir.

Bir çox şəxsin yetişməsinə şərait yaradan, radio və televiziya sektorunda bir məktəb halına gələn TRT-dən uğurlu, keyfiyyətli və sahəyə istiqamət verən orijinal işlərinə yenilərini əlavə etməsini gözləyirəm.

Bu münasibətlə TRT ailəsinin bütün üzvlərinə əməkləri və səyləri üçün təşəkkür edir, TRT-nin qarşıdakı dövrdə də eyni əzm və qətiyyətlə fəaliyyətini davam etdirəcəyinə, ölkəmizin, millətimizin və bütün məzlumların güclü səsi olmağa davam edəcəyinə ürəkdən inanıram.”

Qeyd edək ki, “Türkiyə yüz ili” Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Respublikanın 2023-cü ildəki 100 illiyi münasibətilə açıqladığı, diplomatiya, müdafiə, iqtisadiyyat və media sahələrində Türkiyənin qlobal təsirini artırmağı hədəfləyən, strateji kommunikasiya və beynəlxalq əlçatanlığa güclü vurğu edən əsas siyasi vizyon kimi ön plana çıxır.

Yarandığı gündən bu günə qədər yayımçılığın bütün sahələrində qabaqcıl mövqeyini qoruyan TRT televiziya və radio yayımı ilə yanaşı, kino, qlobal məsələlər, peşəkar təcrübə paylaşımı, uşaqlar üçün xüsusi verlişlər, gənc yayımçılara dəstək və daha bir çox mühüm fəaliyyət istiqamətləri üzrə təşkil etdiyi milli və beynəlxalq tədbirlər, festivallar, əməkdaşlıqlar və mükafatlandırma proqramları vasitəsilə geniş auditoriyalara ciddi töhfələr verir. İctimai yayımçılıq prinsipindən geri çəkilmədən izlənmə yarışında bir çox kanal və məzmunu ilə zirvədəki mövqeyini qoruyur, ortaq kino layihələri ilə dünya ekranlarında milyonlarla insan tərəfindən izlənir və qazandığı nüfuzlu beynəlxalq mükafatları uğur portfelinə əlavə edir.

MƏNBƏ:TRT
Araşdırma
Türkiyə dövləti Somalidəki hərbi mövcudluğu ilə bağlı iddialara açıqlama verib
Türkiyə BMT-də Yunanıstanın "Türkiyə boğazları" termininin istifadəsinə yönəlmiş etirazını rədd etdi
Türkiyə və Belçika Ankarada müdafiə, diplomatiya və ticarət əlaqələrini müzakirə etdilər
Türkiyə XİN rəhbəri H.Fidan Hörmüz boğazından "silah" kimi istifadə edilməməli olduğunu bildirib
Türkiyə XİN: Ermənistanla birbaşa ticarətin başlanması üçün bürokratik hazırlıqlar tamamlanıb
Prezident Ərdoğan: "Geosiyasi inkişaflar Türkiyə-Aİ münasibətlərinin əhəmiyyətini bir daha göstərir"
Türkiyə və Belçika ticarət və investisiya əlaqələrinin daha çox inkişafı üçün cəhd göstərirlər
Belçika Türkiyə ilə strateji tərəfdaşlığının dərinləşdirməkdə əhəmiyyətli potensial görür
Ərdoğan: "İsrailin ekspansionist gündəliyi regional sülhü təhdid edir"
Türkiyə İran və ABŞ arasında davamlı atəşkəs üçün konstruktiv dialoqa çağırıb
Türkiyənin müdafiə şirkəti PUA-lara qarşı hazırlanmış iriçaplı pulemyotların ixracına başlayıb
Türkiyə və Ermənistan Ani körpüsünün bərpasına dair saziş imzalayıb
Prezident R.T.Ərdoğan Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə görüş keçirib
Türkiyə-Səudiyyə Ərəbistanı Koordinasiya Şurasının üçüncü iclası keçirilib
Su təhlükəsizliyinin prioritetləşdirilməsi fonunda Türkiyə tətbiqyönümlü COP31-i müdafiə edir
“Qlobal Sumud” humanitar yardım donanmasının fəlları İstanbula gətirilib
ABŞ-də keçirilən məktəblərarası bilik yarışmasının qalibləri Türkiyəyə səfər edəcək
TBMM İsrailin ''Qlobal Sumud Donanması''na müdaxiləsini pisləyib
Türkiyə və İspaniya İsrailin Qəzza donanmasına müdaxiləsinə qarşı qlobal reaksiya çağırışı etdi
Türkiyə İsrailin Qəzzaya yardım aparan donanmaya müdaxiləsinə reaksiya verdi