Küveyt ordusundan verilən açıqlamada ölkənin hava məkanına daxil olan İrana məxsus çox sayda PUA-nın aşkar edildiyi və hücumun qarşısını almaq məqsədilə hava hücumundan müdafiə sistemləri ilə müdaxilə olunduğu bildirilib.
Açıqlamada hücumda kritik əhəmiyyətə malik bir obyektin hədəf alındığı, düşən qəlpələr nəticəsində 1-i Küveyt, 2-si İtaliya və 1-i Pakistan vətəndaşı olmaqla 4 nəfərin yaralandığı qeyd edilib.
TÖVSİYƏ EDİLƏN
Yaralıların müalicə üçün xəstəxanaya yerləşdirildiyi, hücum zamanı həmçinin ziyan dəydiyi ifadə edilib.
Açıqlamada Küveyt ordusunun ölkənin suverenliyini, təhlükəsizliyini və sabitliyini qorumaq məqsədilə müvafiq qurumlarla koordinasiyalı şəkildə lazımi bütün tədbirləri görməyə davam etdiyi vurğulanıb.















