ELM VƏ TEXNOLOGİYA
3 dəqiqə oxuma
Qlobal məhkəmə ekspertlərinin diqqət mərkəzində insan hüquqları və innovasiyalar olub
“Dünyada insan hüquqları və ekspert şahidliyi” mövzusunda keçirilən tədbirdə 24 panel və 164 təqdimat nümayiş etdirilib
Qlobal məhkəmə ekspertlərinin diqqət mərkəzində insan hüquqları və innovasiyalar olub
Qlobal məhkəmə ekspertlərinin konqresi / AA
29 sentyabr 2025

Sentyabrın 22-dən 28-dək Türkiyənin Antalya şəhərində 27 ölkədən 800-ə yaxın məhkəmə eksperti, alim və ədliyyə işçilərini bir araya gətirən və bir həftə davam edən 20-ci Beynəlxalq Ədli Tibb Günlərində Fələstindəki insan hüquqları pozuntuları müzakirə edilib.

Ədliyyə Təşkilatlarının Gücləndirilməsi Fondunun Antalyada yerləşən mərkəzində keçirilən konqresdə 28 ölkədən məhkəmə tibb müəssisələrinin nümayəndələri, alimlər, yüksək səviyyəli ədliyyə üzvləri, ekspertlər iştirak edib.

“Dünyada insan hüquqları və ekspert şahidliyi” mövzusunda keçirilən tədbirdə 64 şifahi və 102 əyani olmaqla 24 panel və 164 təqdimat nümayiş etdirilib.

Həftə ərzində mövzular ətraflı şəkildə müzakirə olunub. Bosniya və Herseqovinanın Bihac Universitetinin İtkin Şəxslər İnstitutunun Bihac Ofisinin rəhbəri Mujo Begic soyqırım qurbanlarının axtarışı, bərpası və şəxsiyyətinin müəyyən edilməsi sahəsində təcrübəsini təqdim edib. Kosovalı məhkəmə eksperti Ditor Haliti Kosovoda itkin düşənlərin şəxsiyyətinin müəyyən edilməsi ilə bağlı danışıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (ICRC) Serbiyada yerləşən Belqrad nümayəndəliyinin Avrasiya Regional Məhkəmə Tibb Direktoru Melahat Elif Günce Eskiköy ICRC-nın humanitar hüquq çərçivəsində məhkəmə-tibbi fəaliyyətini izah edib. Qəzza Ali Məhkəməsinin hakimi Əbu Hazem Əşrəf Nəsrullah Qəzzadakı insan hüquqları pozuntuları və ekspert ifadələrini təhlil edib.

İnkişaf etməkdə olan texnologiyalar

Yeni texnologiyalar da tədbirin əsas hissəsi olub. Portuqaliya Milli Tibb Akademiyasının sədri Duarte Nuno Vieira insan hüquqlarının pozulması hallarının müəyyən edilməsində məhkəmə tibbinin rolunu vurğulayıb. Avropa Məhkəmə Ekspertiza İnstitutları Şəbəkəsinin (ENFSI) sədri və Polşa Polis Məhkəmə Laboratoriyasının direktoru Aqneşka Lukomska fəlakət qurbanlarının müəyyən edilməsində Polşa təcrübəsini bölüşüb.

Məhkəmə-audio eksperti İvan Siparov süni intellekt tərəfindən yaradılan audionun təhlili üçün məhkəmə-tibbi texnikaları araşdırıb, İtaliyanın Kataniya Universitetinin Riyaziyyat və Kompüter Elmləri Departamentindən professor Sebastiano Battiato isə süni intellekt tərəfindən yaradılan təsvirlərin qiymətləndirilməsi üsullarını müzakirə edib.

Qambiya Məhkəmə Tibb İnstitutunun sədri Fa Kebba Darboe, Qambiyada məhkəmə tibbinin təşkili və fəaliyyətini vurğulayıb, Somali Polisinin Cinayət Axtarış Departamentinin sədri, polkovnik Muhudin Əhməd Osman isə Somalinin məhkəmə ekspertizasına yanaşmalarını bölüşüb. ABŞ-ın Marşall Universitetinin Coan C. Edvards Tibb Məktəbinin Dekan müavini Prof. Məhəmməd Ranavaya ABŞ-da xəsarət və əlillik hallarında saxtakarlıq, simulyasiya və şişirdilmiş iddiaları qiymətləndirilib.

Konqresdə Amerika Məhkəmə Elmləri Akademiyasının sədri Ceyms Lui Karuso kimi yüksək səviyyəli beynəlxalq xadimlər Nor Aidora, Asiya Məhkəmə Elmləri Şəbəkəsinin sədri Yanko Kolev, Beynəlxalq Məhkəmə Elmləri Assosiasiyasının sədri Dina Şokri, Ərəb Məhkəmə Elmləri və Toksikologiya Assosiasiyasının sədri və Sürix Universitetinin Məhkəmə Tibb İnstitutunun direktoru Michael Thali iştirak ediblər.

Ədliyyə Tibb İnstitutunun sədri və konqres sədri doktor Hızır Aslıyüksel tədbirin 1984-cü ildən keçirildiyini və son dörd tədbirin beynəlxalq xarakter daşıdığını qeyd edib. O bildirib ki, bu il Birləşmiş Ərəb Əmirliklərinin də iştirakı ilə xarici ölkələrin sayı 27-yə çatıb, ümumilikdə 783 iştirakçı çıxış edib.

Məhkəmə ekspertizası sahəsində dünyanın ən əhatəli toplantılarından biri hesab edilən konqres, bazar günü keçirilən “Məhkəmə Tibb Mütəxəssisi Hazırlığı” mövzusunda panel müzakirəsi və daha sonra iştirakçıların kollektiv fotoşəkilinin çəkilməsi ilə yekunlaşıb.