SİYASƏT
2 dəqiqə oxuma
''İsrail Rusiya ilə İran və Suriya mövzusunda gizli danışıqlar aparıb''
Bu barədə İsrailin KAN yayım orqanının iyulun 2-də yaydığı məlumatda bildirilib
''İsrail Rusiya ilə İran və Suriya mövzusunda gizli danışıqlar aparıb''
Iran / TRT World

İsrailin ictimai yayım orqanı KAN-ın iyulun 2-də yaydığı məlumata görə, İsrail Rusiya ilə İran və Suriya məsələləri üzrə gizli danışıqlar aparıb.

Danışıqlar iyunun 24-də əldə olunan atəşkəsdən təxminən bir həftə sonra, rəsmi Moskvanın İsrail və İran arasında vasitəçilik təklifi əsasında başlayıb.

Hesabatda danışıqların məzmunu ilə bağlı ətraflı məlumat verilməsə də, İsrail rəsmilərinin həm İran, həm də Suriyanı əhatə edən diplomatik həll yolları axtardıqları bildirilib.

İsrailin ABŞ-la İran mövzusunda daha geniş razılaşma əldə etməyə çalışdığı qeyd olunur. İsrailin Baş naziri Benyamin Netanyahunun gələn həftə Vaşinqtonda ABŞ prezidenti Donald Trampla bu məsələni müzakirə edəcəyi gözlənilir.

Məlumata görə, İsrail İranla bağlı Livanla əvvəllər müzakirə edilmiş çərçivəyə bənzər plan hazırlamağa ümid edir.

İsrail iyunun 13-də İrana hava zərbələri endirib və bu hücumlar Donald Tramp iyunun 24-də atəşkəs elan etdikdən sonra dayandırılıb.

Həmin dövrdə Rusiya Xarici İşlər Nazirliyi sərt bəyanatla çıxış edərək İsrailin hücumlarını ‘‘tamamilə qəbuledilməz” adlandırıb və bu təxribatın bütün nəticələrinin İsrail rəhbərliyinə aid ediləcəyi barədə xəbərdarlıq edib.

İsrailin hərəkətlərinin sərt şəkildə pislənməsinə baxmayaraq rəsmi Moskva Tehrana siyasi dəstəkdən başqa bir şey təklif etməyib.

Atəşkəsdən bəri İsrail rəsmiləri “İbrahim razılaşmaları” kimi tanınan normallaşma sazişlərinin genişləndirilməsini də müzakirə edirlər.

Məlumatlara görə, bu, daha geniş regional strategiya çərçivəsində Suriya ilə dolayı danışıqların mümkünlüyünü də ehtiva edir.

Rusiya onilliklərdir Yaxın Şərqdə incə balanslaşdırma siyasəti həyata keçirir: İsraillə isti münasibətləri qoruyur, eyni zamanda İranla güclü iqtisadi və hərbi əlaqələr qurur.

İsrailin İranın nüvə və hərbi obyektlərinə son hücumları generalların və elm adamlarının ölümünə səbəb olub. Rəsmi Tehran hücumlara pilotsuz uçuş vasitələri və raket zərbələri ilə cavab verib.

Moskvadakı bəzi müşahidəçilər hesab edirlər ki, İsrail və İran arasındakı münaqişəyə diqqətin yönəldilməsi qlobal diqqəti Ukraynadakı müharibədən yayındıra və Qərbin Kiyevə dəstəyini zəiflədərək Rusiyanın maraqlarına xidmət edə bilər.

Araşdırma
Donald Tramp İrana tətbiq edilən sanksiyaların əsas məqsədini açıqladı
Çin dövlət başçısı Si Cinpin Misirə işgüzar səfər edib
Si Cinpin, V.Putin və N.Modi ŞƏT sammiti üçün Qırğızıstana səfər edəcəklər
M.B.Qalibaf:"Bizim neft sata bilmədiyimiz bir regionda heç kim neft sata bilməyəcək"
Mariya Zaxarova:"Böyük Britaniya və Fransa odla oynayır"
Donald Tramp İranla bağlı paylaşım edib
D. Peskov:"Rusiya öz məqsədlərinə dinc yolla nail olmağa üstünlük verir''
Təzyiqlərə baxmayaraq, Netanyahu qanunsuz məskunlaşmanı genişləndirəcək
İran Prezidenti: "Əsas prinsipimiz problemleri dialoqla həll etməkdir"
Netanyahu İranla diplomatik razılaşma əldə etməyin mümkün olmadığını iddia edib
Tramp administrasiyası miqrant viza müraciətlərini dayandırıb
Ermənistan parlamenti Bakı və Ankara ilə normallaşmanı nəzərdə tutan 5 illik proqramı təsdiqlədi
Rusiya NATO qoşunlarının Ukraynada yerləşdirilməsi məsələsinə etiraz edir
Səudiyyə Ərəbistanı və Fransa Fələstin dövlətinin qurulmasını dəstəklədiklərini bildirdi
N.Paşinyan Ermənistan dəmir yollarının idarəsini Rusiyanın əlindən almaq istəyir
Prezident V.Zelenski müharibə şəraitində seçkilərin keçirilməsinə etiraz edir
Fələstində parlament və prezident seçkiləri keçiriləcək
İsrail ordu rəsmiləri B.Netanyahunun davam edən müharibələrin başa çatmasını istəmədiyini bildirib
Suriya XİN rəhbəri Ə.H.Şeybani Türkiyəni Suriyanın yenidən qurulmasında əsas tərəfdaş adlandırıb
İran Baş Qərargah rəisi: "Düşmənin təhdidlərinə sərt cavab verəcəyik''