ELM VƏ TEXNOLOGİYA
2 dəqiqə oxuma
“Artemis II” missiyasının heyəti Ay səfərində uğurla irəliləyir
NASA “Orion” kosmik gəmisi ilə 50 ildən artıq müddətdə ilk ekipajlı Ay uçuşunu həyata keçirib
“Artemis II” missiyasının heyəti Ay səfərində uğurla irəliləyir
“Artemis II” missiyasının heyəti Ay səfərində uğurla irəliləyir / Reuters
4 aprel 2026

“Artemis II” missiyasındakı astronavtlar Yer ilə Ay arasındakı səfərdə NASA “Orion” kosmik gəmisindən çəkilmiş ilk Yer görüntülərini yayımlayıb.

Astronavt Kristina Kox buraxılışdan təxminən iki gün beş saat 24 dəqiqə sonra əldə olunan bu mərhələnin ekipaj üzvlərini sevindirdiyini bildirib.

“Hazırda Ayı görə bilirik, bu, həqiqətən möhtəşəm mənzərədir”, – deyə K.Kox qeyd edib.

NASA-nın məlumatına görə, “Orion” kosmik gəmisi aprelin 4-də Yerdən 229 min kilometrdən çox uzaqlaşıb.

Paylaşılan görüntülərdə mavi okeanları və bulud örtüyü ilə Yer planetinin tam görüntüsü əks olunub.

 

Mənzərə möhtəşəmdir

Uçuş və Ay orbitinə yönəldən mühərrikin alışması kimi kritik mərhələlərdən sonra astronavtlar qısa fasilə imkanı əldə ediblər, eyni zamanda müxtəlif sistem yoxlamalarını və sınaqlar aparıblar.

Kanadalı astronavt Ceremi Hansen yaşadığı təcrübənin “inanılmaz dərəcədə möhtəşəm” olduğunu bildirib.

İlk kosmik missiyasında iştirak edən C.Hansen burada olmaqdan böyük sevinç hissi keçirdiyini qeyd edib.

C.Hansen sıfır cazibə şəraitində hərəkətin “çox əyləncəli” olduğunu və bunun ona “uşaq kimi hiss” yaşatdığını bildirib.

O, amerikalı astronavtlar Kristina Kox, Viktor Qlover və Rid Vayzman ilə birlikdə bu missiyada iştirak edir.

Ekipajın qarşıdakı həftənin əvvəlində Ay ətrafında dövr etməsi planlaşdırılır ki, bu da 50 ildən artıq müddətdə həyata keçirilməyən bir missiyadır.

NASA rəsmisi Lakieşa Hokins Rid Vayzmanın çəkdiyi görüntüləri “təsiredici” kimi qiymətləndirib.

L.Hokins bildirib ki, ekipajlı dərin kosmos əməliyyatı çərçivəsində “Orion”un performansı ilə bağlı hər gün yeni məlumatlar əldə olunur.

 

Astronavtların əhval-ruhiyyəsi yüksəkdir

NASA tərəfindən martın 3-də verilən açıqlamada bütün sistemlərin normal işlədiyini, astronavtların əhval-ruhiyyələrinin yüksək olduğunu və ailələri ilə əlaqə saxladıqlarını bildirib.

Bildirilir ki, planlanan proqrama əsasən ürək-ağciyər reanimasiyası (CPR) nümayişi, tibbi avadanlıqların yoxlanılması və Ayın ən yaxın nöqtəsində aparılacaq elmi müşahidələrə hazırlıq aparılacaq.

Təxminən 10 gün davam edəcək missiyada növbəti mühüm mərhələnin martın 5-dən 6-a keçən gecə baş verməsi gözlənilir. Bu mərhələdə kosmik gəmi Ayın cazibə qüvvəsinin Yerə nisbətən daha üstün olduğu təsir sahəsinə daxil olacaq.

 

Bu missiyada qeyri adi heç nə yoxdur

Keçirilən missiyanın komandiri Rid Vayzman bildirib ki, dörd nəfərin Yerdən təxminən 400 min kilometr uzaqlığa göndərilməsi son dərəcə mürəkkəb və böyük səy tələb edən bir prosesdir.

R.Vayzman qeyd edib ki, bu səfərin miqyası təkcə indi tam şəkildə dərk olunmağa başlanıb.

Qeyd edilir ki, “Artemis II” missiyası Ay səthinə davamlı dönüşü hədəfləyən daha geniş proqramın bir hissəsi hesab olunur. Uzunmüddətli perspektivdə Ayda daimi baza qurulması və daha uzaq kosmik tədqiqatların aparılması planlaşdırılır.

MƏNBƏ:TRT
Araşdırma
“Baykar” və “Leonardo” Avropada istehsal olunacaq PUA-lar üçün əməkdaşlığı genişləndirir
Türkiyə və İtaliya arasında PUA tərəfdaşlığı ilk istehsal hədəfinə yaxınlaşır
NASA “Artemis II” missiyasına hazırlaşır
Cənubi Koreya Norveçlə müdafiə sənayesi sahəsində saziş bağlayıb
Böyük Britaniya və Fransada gənclər üçün sosial medianın qadağa edilməsi məsələsi müzakirə olunur
Türkiyə qlobal okeanların qorunması üzrə sazişin qüvvəyə minməsində mühüm rol oynayır
2025-ci il qeydlərə görə ən isti üçüncü il olub
ASELSAN 30 milyard dollar həddini aşaraq Türkiyənin ən iri şirkəti oldu
İstanbul Universiteti dəniz otlarını qorumaq üçün süni intellektdən istifadə etməyə başlayıb
Türkiyə şirkəti “Plan-S”in orbitdəki peyk sayı 16-ya çatıb
“Baykar” yeni investisiya planı çərçivəsində “Piaggio Aerospace”in istehsalını beş dəfə artıracaq
Dünyanın ən böyük kosmik tədbiri oktyabr ayında Türkiyədə keçiriləcək
"Tuba" dəniz tısbağası Türkiyənin Egey və Aralıq dənizinin şərq sahillərində  qalıb
Mehmet Kaçır: "Türkiyə Somalidə kosmodromun inşasına başlayacaq"
Süni intellektin idarəetmədəki rolu
Aİ "Google"un süni intellektə məlumatlardan istifadəsinə dair rəqabət əleyhinə araşdırma başladıb
Türkiyə TUA-nın sədrinin APSCO Şurasının rəhbəri seçilməsilə tarixi nailiyyət əldə etdi
Yaponiya süni intellekt istifadəsini kütləviləşdirir
Türkiyənin "Kızılelma" pilotsuz döyüş təyyarəsi hava qüvvələrinin taleyini dəyişdirdi
Türkiyənin ilk yerli istehsalı olan orbitaya transfer aparatı kosmosda missiyasına başlayıb